Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir
1 İyun 2021 15:51


“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 31-də qida məhsulları sahəsində fəaliyyət göstərən 69 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
