“Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfransda qabaqcıl layihələndirmə və tikinti təcrübələri müzakirə olunub
24 Aprel 2026 16:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz qidanın memarlığı” mövzusunda konfrans plenar iclas və panel sessiyalarla işini davam etdirib. Bu mərhələdə layihələndirmə və tikinti sahəsində qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.
Konfrans çərçivəsində müasir qida müəssisələrinin dizaynı, laboratoriyaların layihələndirilməsi, kəsim məntəqələri və heyvan bazarları layihələrinin planlaşdırılması, idxal-ixrac proseslərinə nəzarət, həmçinin “Qırmızı körpü” Qida Təhlükəsizliyi Nəzarəti Məntəqəsinin funksionallığı ilə bağlı təqdimatlar keçirilib.
Panel sessiyalarında qida obyektlərinin layihələndirilməsində HACCP və digər beynəlxalq standartların rolu, müasir şəhər infrastrukturunda qida təhlükəsizliyi amilləri, qida istehsalı, saxlanması və dövriyyəsində təhlükəsizlik, gigiyena və səmərəliliyin təmin edilməsi məsələləri geniş müzakirə olunub. Eyni zamanda, şəhərsalma inkişafının sağlamlıq və qida təhlükəsizliyi tələbləri ilə uyğunlaşdırılması, “Vahid Sağlamlıq” konsepsiyasının müasir şəhərsalmada tətbiqi, eləcə də Qarabağın bərpası prosesində qida təhlükəsizliyi standartlarının inteqrasiyası diqqət mərkəzində olub.
Qeyd edək ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın əsas məqsədi qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun şəkildə planlaşdırılması, layihələndirilməsi və tikintisi üzrə ən yaxşı təcrübələrin müzakirəsi və təşviqidir.
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş