Təsərrüfatlarda kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydaları ilə bağlı tədbir keçirilib
22 Avqust 2023 17:37






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirir.
Ətraf mühitin və insan sağlamlığının qorunması məqsədilə Agentliyin fitosanitar əməkdaşları tərəfindən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları ilə birgə Bərdə rayonunun Şirvanlı, Qaradəmirçi, Kətəlparaq, Əyricə, Ağdam rayonunun isə Quzanlı, Xındırıstan kəndlərində pambıqçılıqla məşğul olan sahibkarlarla bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Tədbirdə kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması əyani olaraq nümayiş etdirilib. Dərmanlamadan sonra sahənin kənarlarına qadağanedici lövhələr yerləşdirilib. Tədbir iştirakçılarına pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasını özündə əks etdirən bukletlər paylanıb.
Kimyəvi mübarizə zamanı zəhərlənmələrin qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər

Göyçay rayonunda xurma, nar və heyva bağlarında monitorinqlər keçirilib
Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göyçay rayonunun Mirzəhüseynli, Qızılağac, Şıxbəy, Potu, Cəyirli kəndlərində yerləşən xurma, nar və heyva bağlarında monitorinqlər keçirilib.

Göyçayda 15-ci Nar Festivalı keçirilib
Göyçayda 15-ci Nar Festivalı keçirilib. Nar Festivalında Göyçay rayonunun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi təşkil olunub.

AQTA bölgələrdə Qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tədbirləri davam etdirir.
