Tovuzda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
25 Sentyabr 2023 14:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı sanitariya norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Eyni zamanda istehsal edilən çörəyin qablaşdırılmasında çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi, istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi məlum olub. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək: süd məhsullarının etiketlənməsi layihəsi davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrası davam etdirilir. Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində layihəyə ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda start verilib. Hazırda isə layihə Nizami rayonu, 8-ci kilometr ərazisində yerləşən “Kəngərli” ərzaq bazarında tətbiq edilib. Layihə çərçivəsində ailə kəndli təsərrüfatları tərəfindən istehsal edilən süd və süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları əks etdirən etiketlərlə satışa təqdim olunur. Xüsusi etiket və qablaşdırma təmin edilməklə məhsul satışı ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə, istehsalçıların tanınmasına, onların məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişləndirilməsinə töhfə verəcək. Eyni zamanda, istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş