Tumlu-çəyirdəkli meyvələrin istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
15 Avqust 2025 17:32
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə tumlu-çəyirdəkli meyvələrin (alma, armud, gilas, gavalı, ərik, şaftalı, heyva və s.) istehsalı sahəsində qida təhlükəsizliyinin və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə sahibkarlarla onlayn formatda görüş təşkil olunub.
Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizliyin və uyğunluğun təmin olunmasının, ixrac zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə, o cümlədən qablaşdırma, etiketlənmə ilə bağlı tələblərinə riayət olunmasının bitki sağlamlığının qorunmasında əsas şərtlərdən biri olduğu diqqətə çatdırılıb.
Görüş zamanı zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, istehsal sahələrində bitki sağlamlığının izlənəbilirliyinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin tumlu-çəyirdəkli meyvə bağlarında yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər barədə ətraflı məlumat verilib.
Görüşdə pestisidlərin istifadəsi zamanı tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına əməl olunmasının vacib olduğu xüsusi vurğulanıb.
Sonda sahibkarlarla bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Quba-Xaçmaz bölgəsində mövsümi meyvə bağlarında monitorinqlərə başlanılıb
AQTA-nın Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planına əsasən Quba rayonunun Barlı, Xaçmaz rayonunun Dədəli və Nərəcan kəndlərində yerləşən 76 meyvə bağında (gilas, şaftalı, nektarin, alma) fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı fitosanitar müfəttişlər tərəfindən bağlara baxış keçirilib, sirayətlənmə əlamətləri olan meyvə ağaclarından nümunələr götürülərək xəstəlik və zərərvericilərin təyinatı məqsədilə AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində karantin tətbiq edilən zərərli orqanizm müəyyən olunmayıb. Eyni zamanda əməkdaşlar tərəfindən təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
Fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dünya ictimaiyyətinin diqqəti bir daha bitkilərin qorunmasının strateji əhəmiyyətinə yönəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu əlamətdar gün bitki sağlamlığının ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişaf üçün mühüm rolunu ön plana çıxarmaq məqsədi daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş