Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib
2 May 2024 16:09
"Met Farm Az" MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi Avstriya mənşəli ümumi çəkisi 960 kq olan 48 ədəd “Dermapre F” əmtəə nişanlı baytarlıq preparatlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə baytarlıq preparatlarının normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Agentlik tərəfindən uyğunsuzluq aşkarlanan baytarlıq preparatlarının məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib
Qida Təhlükəsizliyi Agentliyinin idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib. Məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul edilmiş müvafiq qərar əsasında məhv edilib.
Rusiyadan idxal olunan bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, yağ “Jirovoy Kombinat” müəssisəsinin istehsalıdır. “Oba Market” MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton “Şedroe Leto” əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında “3-monoxlorpropan1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir. Faktla bağlı Agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Ukraynadan idxal edilən toyuq məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş