Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin layihəsi çərçivəsində AQTİ-yə müxtəlif cihazlar təhvil verilib
4 Mart 2022 16:10
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müxtəlif cihazlar təhvil verilib. Belə ki, JICA Azərbaycan Məzunları Assosiasiyasının fəaliyyəti çərçivəsində 2021-ci il üçün müvafiq proqram üzrə AQTİ-nin “Heyvan kəsim məntəqələrinin kiçik laboratoriya avadanlıqları ilə təmin edilməsi" layihəsi müsabiqənin qalibi olaraq mini qranta layiq görülüb.
Sözügedən layihənin məqsədi və iştirakçılardan tələbi ölkədə kənd təsərrüfatı obyektlərində keyfiyyətli və təhlükəsiz məhsul istehsalı üçün zəruri olan kiçik alətlərlə təmin edilməsi olub. Bu əsas şərt və digər tələblər AQTİ-nin mütəxəssisi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, heyvan kəsimi məntəqələrinin daşına bilən stasionar ölçmə alətləri təmin edilməsi burada əsas faktor olaraq vurğulanıb. Layihə çərçivəsində müvafiq kəsim məntəqələrində çalışan bir sıra baytar mütəxəssislərinin daşına bilən termometr və pH-metr kimi yüksək dəqiqliyə malik cihazlarla təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, JICA-nın hər il bu tipli kiçik qrant layihələrinə təşkilatçılıq etməsi planlaşdırılır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş