Yasamalda “Kababxana” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
5 Noyabr 2025 16:30
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən, fiziki şəxs Haşimov Samir Ağabala oğluna məxsus “Kababxana” ictimai iaşə müəssisəsində yoxlama keçirib.
Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Oxşar xəbərlər
Ailə kəndli təsərrüfatlarına dəstək: Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihəyə başlanılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb. Ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda layihəyə start verilib. Layihə çərçivəsində süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları özündə əks etdirən etiketlərlə satışa təqdim olunacaq. Yeni yanaşma istehlakçıların məhsul haqqında dolğun məlumat əldə etməsinə, məhsulun mənşəyinin müəyyənləşdirilməsinə və bazarlarda satış prosesinin daha şəffaf təşkilinə xidmət edəcək. Bəzi hallarda ailə kəndli təsərrüfatlarında istehsal olunaraq bazarlarda satışa çıxarılan süd məhsullarının istehsalçısı və mənşəyi barədə məlumatlar tam şəkildə təqdim edilmir. Bu səbəbdən layihə çərçivəsində etiket nümunələri hazırlanıb, məhsulların xüsusi qablaşdırmada satışının təşkili istiqamətində müvafiq tədbirlər görülür. Layihə həmçinin ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə yönəlib. Məhsulların etiketlə təqdim olunması istehsalçıların tanınmasına, onların məhsullarına etimadın artmasına, bazarda rəqabət imkanlarının genişlənməsinə, həmçinin istehlakçı hüquqlarının qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə digər ərzaq bazarlarında da həyata keçirilməsi nəzərdə tutulur. Link:
Qəhvəyi mərmər bağacığına qarşı fitosanitar tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarət tədbirləri davam etdirilir. Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi üzrə Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, eləcə də Samux rayonunun Zazalı və Çobanabdallı kəndlərində monitorinqlər aparılıb. Meyvə bağları və parklarda fitosanitar müşahidələr həyata keçirilib, feromon tələlər asılıb. Bununla yanaşı, sakinlərə zərərvericinin yayılma yolları, mübarizə üsulları barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb.
İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?
Yay aylarında havanın isti keçməsi qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənmələri riskini artırır. Bu riskin qarşısını almaq üçün qidaların hazırlanması və saxlanması zamanı bir sıra qida təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Xüsusilə yay mövsümündə tez xarab olan ət, süd məhsulları, balıq və s. qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı vacibdir. İstifadə müddəti bitmiş, rəngi və qoxusu dəyişmiş məhsullardan istifadə edilməməlidir. Məhsul alarkən onun etiket məlumatlarına, son istifadə tarixinə və qablaşdırmaya diqqət yetirilməli, tez xarab olan qidalar müvafiq temperatur rejimində saxlanılmalıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşı yuyulmalı, konserv məhsullarında şişkinlik və ya zədələnmə müşahidə olunduqda onlardan istifadə edilməməlidir. Ət, toyuq və balıq məhsulları tam bişirilməli, çiy və hazır qidaların təmasına yol verilməməlidir. Yemək hazırlamazdan əvvəl və sonra əllər yuyulmalı, mətbəx alətləri və qida ilə təmasda olan səthlər təmiz saxlanılmalıdır. Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətlə müşayiət oluna bilər. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir. Unutmaq olmaz ki, qida zəhərlənməsi diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş