Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
16 Aprel 2024 11:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Cəlilabad rayonunda kartof ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı işlərin aparılması mövzusunda görüş keçirilib.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, eyni zamanda bələdiyyə üzvləri və fermerlər iştirak ediblər.
Tədbirdə ixracın çevik təşkil edilməsi məqsədilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılığın təkmilləşdirilməsi, fermerlərin maarifləndirilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyi və sahibkarlara metodiki köməklik göstərildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüş zamanı ixrac əməliyyatları, idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib
"Met Farm Az" MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi Avstriya mənşəli ümumi çəkisi 960 kq olan 48 ədəd “Dermapre F” əmtəə nişanlı baytarlıq preparatlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
İdxal olunan pendir məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi "Alpharabi for Veterinary Medicine & Agricultural İndustries" firmasının istehsalı olan 8846 ədəd müxtəlif adda baytarlıq preparatlarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.