Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA və "Qarabağ" FK-dan birgə təşəbbüs: "Gələcəyini buxar etmə!" adlı sosial çarx təqdim olundu
AQTA və "Qarabağ" FK-dan birgə təşəbbüs: "Gələcəyini buxar etmə!" adlı  sosial çarx təqdim olundu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və "Qarabağ" FK cəmiyyətə vacib bir mesaj çatdırmaq üçün bir araya gəlib. "Gələcəyini buxar etmə!" adlı sosial çarx gənclər arasında geniş yayılmaqda olan veyp və elektron siqaret istifadəsinin fəsadlarına bir daha diqqət çəkmək məqsədi daşıyır. Çarxda veyp istifadə edən bir gəncin bu zərərli vərdişin onun həyatına necə təsir etdiyi nümayiş olunur. Gənc futbolçu Nəriman Axundzadə "Nəfəs almağı seç!" çağırışı ilə izləyicilərə sosial çarxın əsas mesajını ötürür.  Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Amma qeyd etmək lazımdır ki, veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotin yüksək dərəcədə asılılıq yaratmaqla yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsir göstərir.  Parlaq rənglər, şirin meyvə dadları və sosial media reklamları son illərdə veyplərin xüsusi ilə gənclər arasında populyarlaşmasına səbəb olub. "Gələcəyini buxar etmə! Nəfəsini bitirənlə deyil, səni gücləndirənlə yaşa!" sloqanı ilə gəncləri bu zərərli vərdişdən çəkindirmək məqsədi daşıyan sosial çarx AQTA-nın sağlam həyat tərzinin təşviqi sahəsində həyata keçirdiyi maarifləndirici fəaliyyətin davamıdır.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV