Gəncə və Göygöldə kütləvi qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinqlər keçirilir
18 Sentyabr 2025 09:37
Qida Təhlükəsizliyi Agentliyi kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.
Tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
|
№ |
Müəssisə |
Ünvan |
Aşkarlanan nöqsanlar |
|
1 |
“Gilavar-2” restoranı |
Göygöl şəhəri, A.Kazımov küçəsi |
1.Mətbəx və manqal sahələrində havalandırma sisteminin qurulmadığı 2.Soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu 3.Qida məhsullarının qəbuluna və istifadəsinə dair nəzarətin aparılmadığı, filtrasiya və təmizləmə proseslərinin kifayət etmədiyi 4.Qida məhsullarının emalı, istehsalı və saxlanması üçün tələb olunan şəraitin təmin edilmədiyi |
|
2 |
“Üç Qardaş” restoranı |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
1.İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmadığı 2.İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmədiyi 3.Qəbul edilən məhsulların etiketlənməsi, qablaşdırılması və yararlılıq müddətinə nəzarət olunmadığı, yararlılıq müddəti bitmiş məhsulların satışına yol verildiyi |
|
3 |
“Kolorit” restoranı |
Gəncə şəhəri, Cavadxan küçəsi 2 |
1.Anbar sahəsinin standartlara uyğun olmadığı 2.Mətbəxdə divar səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin standartlara uyğun olmadığı 3.Fritoz yağlarının vaxtlı-vaxtında dəyişdirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi |
|
4 |
“Aşurlu” restoranı |
Gəncə şəhəri, Totanlı küçəsi 36 |
1.Toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədin mövcud olmadığı 2.Keyfiyyəti və mənşəyi barədə məlumat olmayan süd məhsullarından istifadə edildiyi, üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma şəraiti ilə bağlı qeydlərin olmadığı 3.Çalışan işçilərin sanitar geyim forması ilə təmin olunmadığı |
|
5 |
“Polad” restoranı |
Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsi |
1.Qida məhsulu ilə təmasda olan material və məmulatların saxlanması üçün sahə və bölmələrin ayrılmadığı 2. Tullantı qutularının mövcud olmadığı 3.Mətbəx və manqal sahəsində istifadə olunan alət və avadanlıqların təmizlənəbilən, korroziyaya davamlı və qeyri-toksik materialdan hazırlanmadığı |
|
6 |
“Aytac” restoranı |
Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsi |
1.Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi 2.Müəssisənin emal və yardımçı sahələrində döşəmə və divar səthlərinin tamlığının pozulduğu 3.Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmadığı 4.Mətbəxdə pəncərələrin sınıq olduğu və standartlara uyğun olmadığı |
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş