Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Gənclər arasında idman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
Gənclər arasında idman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO

"Heç bir idman qidası və ya bioloji aktiv qida məhsulu sağlam və balanslaşdırılmış qidalanmanı əvəz edə bilməz".  Bu sözləri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün zəruri olan qida maddələrinin təbii yollarla — balıq, toyuq, digər təbii məhsullar, meyvə və tərəvəzlər vasitəsilə qəbul edilməsi, eyni zamanda düzgün yuxu rejimi və aktiv həyat tərzinin qorunması əsas şərtlərdən biridir.  Professor qeyd edib ki, bu tip məhsulların nəzarətsiz və normadan artıq istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, hipertoniya riskinin artması, ürək ritm pozuntuları, metabolik dəyişikliklər və hətta böyrək çatışmazlığı kimi ağır fəsadların yaranma ehtimalı mövcuddur. G. Dadaşova gənclərə müraciət edərək vurğulayıb ki, idman qidalarından istifadə yalnız həkim nəzarəti altında həyata keçirilməlidir. Bu məhsulların peşəkar idmançılar tərəfindən istifadəsi isə yalnız mütəxəssis tövsiyəsi ilə və məhdud miqdarda olmalıdır. Sonda qeyd olunub ki, sağlamlığın qorunmasının əsasını düzgün və balanslaşdırılmış qidalanma, sağlam həyat tərzi və fiziki aktivlik təşkil edir. Linkə keçid:

“Tənün” unlu məmulatların istehsalı obyektində nöqsanlar aşkarlanıb
“Tənün” unlu məmulatların istehsalı obyektində nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xalıqov Vahid Rafiq oğluna məxsus “Tənün” unlu məmulatların istehsalı obyektində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb. Həmçinin unlu məmulatların istehsalı zamanı çarpaz çirklənmənin qarşısının alınması üçün zəruri şəraitin təmin edilmədiyi, divar və tavan səthlərinin tamlığının pozulduğu, ümumi mübadiləli havalandırma sisteminin qurulmadığı, soyuducu avadanlıqlarda korroziya əlamətlərinin müşahidə olunduğu, eləcə də müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin mütəmadi aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida obyektinin nöqsanlar aradan qaldırılanadək fəaliyyəti dayandırılıb.  Eyni zamanda, hazır məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

AQTA "Erkən kəsimə son" kampaniyası ilə bağlı maarifləndirici çap məhsulları hazırlayıb
AQTA "Erkən kəsimə son" kampaniyası ilə bağlı maarifləndirici çap məhsulları hazırlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son dövrlərdə respublikada qaramalın 9-12 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin yaratdığı risklərlə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Agentlik tərəfindən həyata keçirilən kampaniya çərçivəsində fermerlər, heyvan sahibləri və ictimaiyyət üçün xüsusi maarifləndirici materiallar – buklet və flayerlər hazırlanıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah edilib. Məlumatlandırma materiallarında qeyd olunub ki, quzuların erkən kəsilməsi nəticəsində əldə edilən ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda, bu hal heyvanların genetik potensialının zəifləməsinə, sürülərin məhsuldarlığının azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir. AQTA vətəndaşları və fermerləri bu məsələdə məsuliyyətli olmağa, heyvandarlıq sahəsində sağlam və davamlı yanaşmaları tətbiq etməyə çağırır. Qeyd edək ki, bugünədək kampaniyaya millət vəkilləri, ictimai şəxslər və tanınmış blogerlər də qoşularaq təşəbbüsü dəstəkləyib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.

“Sağlam məktəbli” layihəsi Laçında
“Sağlam məktəbli” layihəsi Laçında

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində budəfəki görüş Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin şagirdləri ilə  baş tutub.  Təxminən 50-yə yaxın müəllim və şagirdin iştirak etdiyi tədbirdə məktəblilərə Agentliyin Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən qurumun fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi anlayışı, qida zəncirinin mərhələləri, istehlakçı hüquqlarının qorunması və bu sahədə ictimai məsuliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda şagirdlərə sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, eləcə də dərs zamanı diqqət və yaddaşın gücləndirilməsində əhəmiyyəti izah edilib. Şagirdlərin qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar sualları yarandıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri qeyd olunub.  Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Gəncə, Goranboy və Naftalanda məktəblərdə qida təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
Gəncə, Goranboy və Naftalanda məktəblərdə qida təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə, Goranboy və Naftalan şəhərlərində ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, bufet operatorları, müəllimlər və şagirdlər iştirak ediblər. Məqsəd məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunması və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviq edilməsidir. Tədbirlərdə iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri, məktəb bufetlərində sanitar-gigiyenik və texniki-normativ qaydalar, qida məhsullarının düzgün saxlanma, daşınma və istehlak şərtləri barədə ətraflı məlumat verilib. Qida zəhərlənmələrinin profilaktikası və bu halların qarşısının alınması yolları izah olunub. Eləcə də sağlam qidalanma prinsipləri və gənc nəslin fiziki inkişafında keyfiyyətli qidanın rolu diqqətə çatdırılıb. Bufet operatorlarına müvafiq metodiki tövsiyələr verilib və iştirakçıların sualları cavablandırılıb. Maarifləndirici görüşlər digər təhsil müəssisələrində davam etdiriləcəkdir.

Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında sahibkarlarla görüş keçirilib
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında sahibkarlarla görüş keçirilib

Kənd təsərrüfatı məhsullarının təhlükəsiz istehsalının və ölkədə fitosanitar stabilliyin təmin edilməsi, o cümlədən ixrac potensialının yüksəldilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər davam etdirilir. Bu çərçivədə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən gilas bağlarında mövsümlə əlaqədar aparılan fitosanitar tədbirlərlə yerində tanış olmaq, ixrac prosesi zamanı qida təhlükəsizliyi və fitosanitar tələblərə riayət olunmasının təmin edilməsi məqsədilə yerli istehsalçılar və ixracatçılarla görüş keçirilib. Görüşdə istehsal prosesinin bütün mərhələlərində təhlükəsizlik və uyğunluğun təmin olunması məqsədilə profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi və monitorinq sistemlərinin tətbiqi, həmçinin ixrac prosesi zamanı tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Pestisidlərin tətbiqi zamanı düzgün dozanın, tətbiq intervallarının və gözləmə müddətlərinin qorunmasının məhsulun təhlükəsizliyi və keyfiyyəti üçün önəmli olduğu vurğulanıb. Habelə ixrac olunan məhsulların qablaşdırılmasının və etiketləndirilməsinin beynəlxalq standartlara cavab verməsinin vacibliyi qeyd edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, gilas istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV