Zəruri olan sənədlərin siyahısı
1. Ərizə;
2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1–18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
3. Ərizə səlahiyyətli nümayəndə tərəfindən verildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və şəxsiyyəti təsdiq edən sənədin surəti;
4. Cavabdeh subyektin təsərrüfat fəaliyyətini həyata keçirdiyi obyekt üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti;
5. Modul tipli (daşınabilən) qida obyektlərinə münasibətdə onların quraşdırılmasına verilən icazə sənədi, o cümlədən nəqliyyat vasitəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər.
Dövlət rüsumunun məbləği
Obyektlərin və subyektlərin qeydiyyatı üçün dövlət rüsumu nəzərdə tutulmamışdır;
Qida obyektlərinin təsdiq olunması üzrə orta və iri sahibkarlıq subyektləri üçün – 150 manat.
Mikro və kiçik sahibkarlıq subyektlərinin, habelə bələdiyyə və dövlət orqanlarının (qurumlarının) cavabdeh olduqları obyektlərin təsdiqi üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.
Müddət
Obyektlərin və subyektlərin qeydiyyatı üzrə 7 (yeddi) iş günü;
Təsdiqi tələb olunan qida obyektlərinin təsdiqi üzrə 30 (otuz) iş günü.
QEYD: Xidmət 5, 6 və 7 saylı Bakı “ASAN xidmət” və regional “ASAN xidmət” mərkəzlərində (1 saylı Gəncə və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzləri istisna olmaqla) göstərilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş