AQTA sədri UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
11 Mart 2024 14:48
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Saca Faruq Abdullah arasında görüş keçirilib.
Görüş zamanı Q.Təhməzli Saca Faruq Abdullahı UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda AQTA sədri respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndəlik rəhbərini məlumatlandırıb.
Görüşdə daha sonra UNICEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və tədbirlər nəzərdən keçirilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğu önə çəkilib. “Azərbaycan Respublikasında ana südünün tərkibinin araşdırılması və qida dəyərinin qida əlavəsi istifadəsi ilə artırılması” layihəsi, həmçinin hamiləlik və laktasiya dövründə ana və körpələrin sağlam qidalanmasını təmin etməkdən ötrü elmi əsaslı məlumat toplusunun hazırlanması müzakirə olunub. Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Buğda ununun zənginləşdirilməsi”nə dair layihə ilə əlaqədar zənginləşdirmə üçün istifadəsi təsdiq edilmiş resept üzrə mikronutriyent preparatlarının təchizatçılarının və həmin layihənin icrası üçün nəzarət qruplarının müəyyənləşdirilməsi müzakirə olunub. Sağlam qidalanmanın təşviqi istiqamətində AQTA tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasının əhəmiyyətinə toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
AQTA ilə Litvanın müvafiq qurumu arasında təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidməti (SFVS) arasında onlayn görüş keçirilib. Görüşdə heyvan sağlamlığı və biotəhlükəsizlik, epizootoloji monitorinq, heyvanların identifikasiyası və qeydiyyatı, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyi sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Xəstəlik ocaqlarının vaxtında aşkarlanması, peyvənd məlumatlarının rəqəmsal qeydiyyatı, risklərin təhlili və Coğrafi İnformasiya Sistemlərinin (CİS/GIS) tətbiqi istiqamətində Litvanın təcrübəsi diqqətə çatdırılıb. Eyni zamanda, identifikasiya tələblərinə əməl olunmasına nəzarət mexanizmləri və fermerlərin sistemə cəlb edilməsi yolları müzakirə olunub. Sonda tərəflər baytarlıq nəzarəti sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
AQTA ilə İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İran İslam Respublikasının Kənd Təsərrüfatı-Cihad Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı bitki və heyvan sağlamlığı, baytarlıq və fitosanitar nəzarətə aid olan məhsulların idxalı və ixracı ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması və birgə mübarizə tədbirlərinin həyata keçirilməsi, qarşılıqlı ticarət və tranzit zamanı fitosanitar nəzarətin gücləndirilməsi, eləcə də bu sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AQTA ilə Polşanın Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sistemlərinə dair onlayn görüş keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş