2021-ci ildə Azərbaycan Respublikasına idxal olunmuş bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlara dair ixracatçı ölkələrə göndərilmiş bildirişlər barədə məlumatlar
4 Sentyabr 2021 12:35
Ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 55 bildiriş göndərilmişdir.
Bunlardan Rusiya Federasiyasına 52, İran İslam Respublikasına 1, Gürcüstan Respublikasına 1, İspaniya Krallığına 1 bildiriş göndərilmişdir.
Notifikasiya göndərilən məhsulları idxal edən subyektlər:
- "A+CO" MMC – 6 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya aşkar olunub);
- F/ş Mirzəyev İsgəndər – 11 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "Dəvəçi Dəyirman" MMC – 7 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq qarğıdalıda sürünən kəkrə aşkar olunub);
- “Avrora” MMC – 27 (Rusiya federasiyasından idxal edilən ərzaqlıq buğdada sürünən kəkrə aşkar olunub);
- "Nadir Quliyev adına Bakı Taxıl" ASC- 1 (Rusiya Federasiyasından idxal edilən ərzaqlıq buğdada yovşanyarpaqlı ambroziya aşkar olunub);
- “Güllü-80 MMC- 1 (İran İslam Respublikasından idxal edilən kartof məhsulunda kartof güvəsi aşkar olunub);
- F/ş Musayev Ədalət – 1 (Gürcüstan Respublikasından idxal edilən toxumluq kartofda kartof gövdə nematodu aşkar edilib);
- “Green Tech” MMC – 1 (İspaniya Krallığından idxal edilən pomidor toxumlarında pomidorun qonur qırışıqlıq virusu aşkar olunub).
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş