AQTA 213 müəssisədə reyd keçirdi, 84 müəssisədə qayda pozuntuları aşkarlandı
17 İyul 2020 18:15
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 16 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 38 ictimai iaşə obyekti, 175 ərzaq satışı mağazası olmaqla ümumilikdə 213 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Elisa”, “Hövsan”, “Bizim Anar”, “Yaşıl”, “Old city”, “Mədinə”, “Ruslan”, “Step” marketlər, “İsti çörək” çörək sexi, Mirzəyev Samir Rafət oğluna, Mirzəyev Müşfiq Əlibala oğluna, Əliyev Rafiq Rəcəb oğluna, Əliyev Osman Cəlal oğluna və Hüseynov Mehti Ayəddin oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda Xıdırov Tural Mürsəl oğluna məxsus kafe
Sumqayıt şəhərində Rüstəmov Əliş Almurad oğluna məxsus ərzaq mağazası
Quba rayonunda Abdullayev Elşən Gülbala oğluna, Əliquluyev Elçin Gülbala oğluna, Məmmədov Cümşüd Səməd oğluna, Məlikov Vüqar Firudin oğluna, Vələmmədova Zamirə Ənbala qızına, Cəbrayılov Maqsud Dəmirbəy oğluna məxsus ərzaq mağazaları, Kərimov İslam Ələkbər oğluna, Qasımov Paşa Məhəmməd oğluna (fəaliyyəti məhdudlaşdırılıb), Sadıqov Tərlan Akif oğluna, Məlikov Rəşad Teymur oğluna və Əzimov Şərəfulla Kərim oğluna məxsus kafelər
Şabran rayonunda “Təbrik”, “Yaşıl Bağ”, “İlkin” (fəaliyyəti məhdudlaşdırılıb) kafelər, “Su səsi”, “Göl” restoranları
Göyçay rayonunda Rüstəmov Azad Ağarahid oğluna, Xəlilov Elçin Rəşid oğluna, Orucov Vasif Akif oğluna, Həsənov Anar İntizam oğluna, Əsgərov Elçin Elşad oğluna, Məhərrəmov Natiq Aydın oğluna məxsus kafelər, Vəliyev Fazil Tahir oğluna, Abışov Fərid Asif oğluna, Adıgözəlov Şahin İsrayil oğluna, Vəlixanov Azad Feyzulla oğluna, Vəliyev Fəzalət Tahir oğluna məxsus ət satışı mağazaları
Şamaxı rayonunda “Qaya” kafesi
İsmayıllı rayonunda Qəribov Hakim Səlim oğluna, Həsənov Elxan Əbülfəz oğluna, Rəsulov Rəşid Nəcməddin oğluna, Məmmədov Rəşid Ərzuman oğluna, Osmanov Ramil Rafiq oğluna, Əzizov Elçin Bəhrəm oğluna, Sabirli Vüsal Qalib oğluna məxsus restoranlar, “Günəş park” restoranı, Qasımov Fizuli Nəbi oğluna, İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər
Hacıqabul rayonunda Seyidov Orxan Azad oğluna məxsus kafe, Qurbanov Fikrət Əli oğluna məxsus ərzaq mağazası
Sabirabad rayonunda Nuriyev Rabil Vahid oğluna, Əkbərov Ariz Məzahir oğluna məxsus kafelər
Saatlı rayonunda Mirzəyev Cəlil Mirzəxəlil oğluna, Əzizov Fizuli Zeydulla oğluna məxsus ərzaq mağazaları
Yevlax rayonunda “Ruslan”, “Təbiət”, “Qarabağ” kafelər, Quliyev Səbuhi Hüseyn oğluna və Qaraşov Tofiq Cahangir oğluna məxsus yeməkxanalar
Cəlilabad rayonunda Qubadov Məzahir Dəyəzxan oğluna və Həsənov Vüqar İbadət oğluna məxsus ərzaq mağazaları
Oğuz rayonunda Əyyubov Vüqar Məmmədiyə oğluna məxsus ərzaq mağazası
Qax rayonunda Həmzəyev Azad Məmməd oğluna məxsus market
Qəbələ rayonunda “Məhəllə” və “Qəbələmiz” kafelər
Zaqatala rayonunda Abdullayev Vahid Salam oğluna məxsus kafe və Nurayev Harun Həzrət oğluna məxsus ərzaq mağazası
Gəncə şəhərində “Flaqman” market, Cəfərov Sadiq Şakir oğluna məxsus ərzaq mağazası, Hüseynov Ramin Hidayət oğluna məxsus meyvə tərəvəz mağazası
Gədəbəy rayonunda “Şirxan”, “Bizim məkan”, “Qaya”, “Çənlibel”, “Həyat” kafeləri
Tovuz rayonunda “İpək yolu” kafe
Ağcabədi rayonunda “Aran” və “Vedibasar” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş