İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
28 Oktyabr 2026 16:52
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib.
Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir.
Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur.
Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
Oxşar xəbərlər
YAP Binəqədi rayon təşkilatının AQTİ üzrə ərazi partiya təşkilatına seçkilər keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. AQTİ-nin İdarə Heyətinin sədri Ramazan Nəbiyev çıxışında son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan mühüm nailiyyətlər və qarşıda duran strateji hədəflər barədə ətraflı danışıb. O, ölkənin inkişaf prioritetləri çərçivəsində görülən tədbirlərin Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, institusional potensialın gücləndirilməsində və ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin milli maraqlara əsaslanan qərarlar, müasir yanaşmalar və qətiyyətli mövqe ilə səciyyələndiyini vurğulayıb. Daha sonra AQTİ üzrə ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, təşkilatın sədri və sədr müavini seçilib. Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin bundan sonra da məsuliyyət, prinsipiallıq və yüksək təşkilatçılıq səviyyəsində davam etdiriləcəyinə, partiyanın nüfuzunun artırılmasına və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Quş qripi və Nyukasl xəstəliklərinə qarşı epizootoloji monitorinq keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə vəhşi və ev quşları üzrə quş qripi və Nyukasl xəstəliklərinə qarşı 2−6 noyabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika ərazisində risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərini əhatə edəcək. Monitorinq çərçivəsində ümumi baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Eyni zamanda, sənaye əsaslı müxtəlif quşçuluq müəssisələrində, rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə, ölkə üzrə quşçuluq müəssisələrinə, fərdi təsərrüfatlara, su hövzələrinə və parklara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına ciddi əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri də həyata keçiriləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş