AQTA əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
12 Avqust 2020 17:48
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 11 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 94 ictimai iaşə obyekti, 45 ərzaq satışı mağazası olmaqla ümumilikdə 139 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Şəki”, “Şəms”, “Real-S”, “AA”, “Best”, “Qasım” marketlər, Sabirzadə Rövşən Mübariz oğluna, İsmayılova Afət Məhəmməd qızına, Əliyev Rəhim Kamal oğluna məxsus ərzaq mağazaları, Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası
Digər şəhər və rayonlar üzrə:
İsmayıllı rayonunda Dəmirov Rəhim Zahid oğluna, Qarayev Səməd Gəncimalı oğluna, Babayev Röyal Vahid oğluna, Şükürov Müseyib Bəkir oğluna və Mürsəliyev İlqar Bəxtiyar oğluna məxsus kafelər, Abbasov Füzuli Dadaş oğluna, Kərimli Elxan Yavər oğluna, Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxanalar
Kürdəmir rayonunda Qədirov Natiq Əhməd oğluna, Abışov Mahir Qarakişi oğluna, Əhmədov Fərid Sənan oğluna, Salayev Habil Zabil oğluna, Məmmədov Tərlan Aydın oğluna, Şəmiyev Sevan Kazım oğluna, Hüseynov Rasim Tahir oğluna, Novruzov Taleh Tacəddin oğluna məxsus kafelər, Rəcəbov Hafiz Saleh oğluna, Mehdiyev Elməddin Nurəddin oğluna və Hacıyev Bagir İlham oğluna məxsus restoranlar
Ağsu rayonunda Hacıyev Ağakişi Mustafa oğluna, Oruclu Mirmahmud Mirsəfər oğluna, Valehli İlkin Mahir oğluna məxsus kafelər, Quliyev Rızaağa Gündüz oğluna, İmanov Ramil Əmənulla oğluna məxsus yeməkxanalar, Şeydayev Babək Cavanşir oğluna məxsus restoran
Şamaxı rayonunda Binyətov Yaşar Ağabala oğluna, Alıyev Samir Cəlil oğluna, Ağaməmmədov Çingiz Ağaməmməd oğluna, Ağakərimov Firavan Eldar oğluna, Hümbətov Şahin Süleyman oğluna məxsus restoranlar, Feyzullayev Tofiq Feyzulla oğluna, Nəbiyev Sahib Uruf oğluna məxsus yeməkxanalar, Nağıyev Samir Seymur oğluna məxsus kafe
Neftçala rayonunda Əsədli Azər Raqib oğluna, Nəcəfov Qəhrəman Məhərrəm oğluna, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafelər
Saatlı rayonunda Ağamirzəyev Seymur Fərqəməli oğluna, Əliyev Elçin İmran oğluna, Mehdiyev Mansur Balaxan oğluna məxsus kafelər, Babayev Əzizağa Alməmməd oğluna məxsus restoran
Hacıqabul rayonunda Cabbarov Ramiz Kərəm oğluna, Xəlilov Aydın Maarif oğluna məxsus kafelər
Şirvan şəhərində Məmmədov Ramin Ərzulla oğluna, Mahmudov Rauf Rafiq oğluna məxsus yeməkxanalar, Xəlilov Mehman Vaqif oğluna məxsus restoran, Əsgərov Ehtiram Dünyamalı oğluna, Zeynalov İsmayıl Aslan oğluna, Quliyev Məhərrəm Əbülfəz oğluna, Hüseynov Ceyhun Yadulla oğluna, Babayev İlqar Ağalar oğluna, Nağıyev Rasim Mürseyib oğluna məxsus kafelər, “Çınqıl” və “Damla” kafeləri
Tovuz rayonunda “Görüş”, “Bahar” kafeləri, “Moskva” market
Qazax rayonunda “Azər”, “Səfa” kafeləri, “Sadiq” market
Ağstafa rayonunda “Görüş” və Hüseynov Taleh Abdulla oğluna məxsus kafelər, “Səmədoğlu” market
Şəmkir rayonunda “Pub Center”, “Maracana lounge” restoranları, “Çinaraltı” market
Gədəbəy rayonunda “Nur”, “Yaşıl bağ” kafeləri, “Ümid” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir. Tədbirdə həmçinin ölkəyə daxil olan yük avtomobillərinə, o cümlədən digər nəqliyyat vasitələrinə sərhəd keçid məntəqələrində nəzarətin həyata keçirilməsi, eləcə də ölkə daxilində daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Payız mövsümünün yaxınlaşması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin aidiyyəti qurumlarla birgə müəyyənləşdirilməsinin və aşkar edilmiş qışlama ocaqlarında müvafiq tədbirlərin görülməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. İclasda digər zərərvericilərə dair mövcud vəziyyət və aparılan fitosanitar tədbirlər barədə də məlumat verilib. Aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq nəticələrinin operativ paylaşılması və aşkar edilmiş hallara çevik reaksiya verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir
Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir. Bildiririk ki, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır. Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir. Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir. Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırır. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər.
Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qazaxda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Ağstafa rayon icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması məqsədilə respublikanın müxtəlif bölgələrində mütəmadi monitorinqlər aparılır, aşkar olunmuş ərazilərdə mübarizə və nəzarət tədbirləri görülür. Mübarizə tədbirlərinin kompleks və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyəti təmin edilir, məlumat mübadiləsinin operativ təşkili və görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilir. İclas zamanı Qazax, Tovuz, Gədəbəy, Şəmkir və Ağstafa rayonlarında aparılmış monitorinqlərin nəticələri diqqətə çatdırılıb, zərərvericinin yayılma dinamikası və müşahidə olunan populyasiya sıxlığı barədə məlumat verilib. Həmçinin mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, monitorinq işlərinin genişləndirilməsi və zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı təkliflər verilib. Eyni zamanda Amerika ağ kəpənəyi ilə bağlı fitosanitar vəziyyət də diqqətə çatdırılıb. Hər iki zərərverici üzrə mövcud vəziyyətin davamlı nəzarətdə saxlanılması, məlumatların operativ şəkildə ümumiləşdirilməsi və tədbirlərin aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti əsasında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Sonda qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib, regionlarda monitorinq və nəzarət işlərinin davam etdirilməsi, əhali və kənd təsərrüfatı istehsalçılarının məlumatlandırılması, eləcə də zərərvericinin aşkarlandığı ərazilərdə müvafiq fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Görüşdən sonra aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən Qırmızı Körpü gömrük postuna baxış keçirilib. Sərhəd-keçid məntəqəsində zərərvericiyə qarşı operativ mübarizə və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi üçün mövcud infrastruktur və texniki imkanlar qiymətləndirilib.
Giriş