AQTA əməkdaşları daha 187 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
11 Avqust 2020 17:43
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 10 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 128 ictimai iaşə obyekti, 59 ərzaq satışı mağazası olmaqla ümumilikdə 187 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 58-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Ay”, “Kamal”, “Nicat”, “Laçın”, “Şaiq”, “İslimi”, “Fidan”, “Eldar” marketlər, Əlizadə Vüqar Midhəd oğluna, Mirzəliyeva Aytac Xanəhməd oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Şirvan şəhərində Göyçəyev Elnur Vahub oğluna, Əliyev Əliyar Natiq oğluna məxsus restoranlar, Əhmədov Tərlan Əlvan oğluna məxsus yeməkxana, Mirişov İlham Məmməd oğluna məxsus kafe
Saatlı rayonunda Həsənov İsmət Qismət oğluna, Vəliyev İsaxan Hafis oğluna, Rzayev Sadiq Sahib oğluna məxsus kafelər, Gülməmmədov Dadaş Müstəcəb oğluna məxsus restoran
Hacıqabul rayonunda Cəfərov Vurğun Əlipaşa oğluna, Həşimov Mahir Məhəmməd oğluna, İmanov Rza Eynulla oğluna və İbrahimov Balassan Zaman oğluna məxsus yeməkxanalar
Neftçala rayonunda Əsədov Rövşən Böyükbala oğluna, Məmmədov Ümüd Füzuli oğluna məxsus restoranlar, Dadaşov Rəcəb Nazim oğluna və Məmmədov Rauf Nazim oğluna məxsus yeməkxanalar
Sabirabad rayonunda “Məkan”, “Darçın”, “Su səhəngi” kafeləri
İsmayıllı rayonunda Daşdıyev Aydın Hətəm oğluna, İsgəndərov Orxan Elxan oğluna, Cavadzadə Ağasəf Sərvər oğluna məxsus yeməkxanalar, Behbudov Ziya Xəlil oğluna məxsus kafe
Ağsu rayonunda Səlimov Elman Balabəy oğluna, Əzizov Rüfət Nail oğluna, Dəmirov Yaqub Sahib oğluna məxsus kafelər, Məmmədov Faiq Hacı oğluna və Nuriyev Namiq Arif oğluna məxsus yeməkxanalar
Şamaxı rayonunda Həsənov Xalid Mərdan oğluna, Nuralıyev Səməd Ramiz oğluna, Kərimov Səməd Şirsoltan oğluna, Məmmədov Elnur Aslan oğluna və Cəbrayılov Mais Kamal oğluna məxsus kafelər və Abdullayev Sübhan Eldar oğluna məxsus restoran
Göyçay rayonunda Rüstəmov Atakişi Xəqani oğluna, Əliyev Vüsal Rasim oğluna məxsus restoranlar, Zamanov Rafiq Gülməmməd oğluna, Yusifov Anar İlqar oğluna, İsmayılov Sənani Cəlil oğluna, Qarayev Qənbər Malik oğluna məxsus kafelər
Gəncə şəhərində “Murad” şərab evi, Namazova Zülfiyyə Miryusif qızına və Orucov Məhərrəm Əli oğluna məxsus ərzaq mağazaları
Yevlax rayonunda “Çinar”, “Sevda”, “Üç qardaş” və “Bəhrəm” marketlər, Rəşidzadə Anar Sulika oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə ixrac olunan bitki və bitkiçilik məhsullarının idxalçı ölkələrin tələblərinə uyğun etiketlənmə qaydaları barədə məlumat verilərək qeyd olunub ki, məhsulların ixracı zamanı onların etiketləri məhsulların taralarının üzərində dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmış olmalı və zəruri məlumatlarla təmin edilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növləri barədə məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb. Görüş zamanı bitkiçilik məhsullarının daşınmasında istifadə edilən meşə materiallarından hazırlanmış altlıqların və qablaşdırma materiallarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə uyğun formada işlənməsi diqqətə çatdırılıb, Beynəlxalq Standartların tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsirləri barədə məlumat verilib. Görüşdə idxalçı ölkənin etiketlənməyə dair tələbləri, adıçəkilən Beynəlxalq Standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair Təlimatı sahibkarlıq subyektlərinə təqdim olunub. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq, onların məhsuldarlığını aşağı salan zərərvericidir. Onun ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Zərərvericinin yetkin fərdləri uçaraq 35 km-dən 100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı feromon tələlər asılır. Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və axşam saatlarında yerinə yetirilməlidir. Xatırladaq ki, vətəndaşlar zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat almaq üçün Agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88 ) zəng edə bilərlər.

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.