AQTA əməkdaşları daha 236 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
23 İyul 2020 17:28
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 22 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 81-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Ordubad”, “Mehrac”, “Toğrul”, “Dad”, “Uğur”, “Büllur”, “Montin”, “Happy” marketlər, Bayramov Bəxtiyar Fərəməz oğluna, Kərimov Elşən Qurban oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində “Aysu” market
Sumqayıt şəhərində “Nehrəm”, “Mini” marketlər
Şabran rayonunda Şabanov İlham Həbibulla oğluna, Hacıyev Laçın Akif oğluna, Ağayev Zahid Sədi oğluna, Mirzəyev Elşən Həzrətqulu oğluna, Mürsəlov Fərid Ramazan oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda “Kral”, “Məhəllə”, “Bol mart”, “Emil”, “Tunar”, “Sahib”, “Vüsal”, “Ruslan” marketlər, “Bakı”, “Ümid” restoranları, “Ali”, “Əlibayram”, “Kral” kafeləri
Göyçay rayonunda “Çayarxı”, “Xurma bağı” kafelər, Məhərrəmov Natiq Aydın oğluna, Əhmədov Rauf Hikmət oğluna məxsus kafelər, Səfərəliyeva Afaq Əsgərağa qızına məxsus yeməkxana
Şamaxı rayonunda “Həyat”, “Nurəddin”, “Qarabağ”, “Niyal” kafelər
Hacıqabul rayonunda Qəhrəmanov Məhərrəm Məmmədi oğluna məxsus kafe
Şirvan şəhərində Rəhmanova Təranə Miryusif qızına məxsus ərzaq mağazası
Saatlı rayonunda “Araz Şöhrət” market, Abbasov Miraqil Miradəm oğluna, Teymurov Nəriman Lətif oğluna məxsus ərzaq mağazaları
Sabirabad rayonunda “Araz Pak” ərzaq mağazası
Mingəçevir şəhərində “Anar”, “Arzuman”, “Zaur” marketlər, Məmmədov Ramin İlqar oğluna, Mahmudov Rövşən Arif oğluna, Mustafayeva Sədaqət Yolçu qızına, İsmayılova Şərəbanu Qəhrəman qızına məxsus ərzaq mağazaları
Zaqatala rayonunda “Öz Dönər” dönərxana, Laçınov Mustafa Əsədulla oğluna məxsus ərzaq mağazası
Oğuz rayonunda Yusubova Aynurə Fikrət qızına məxsus ərzaq mağazası
Qəbələ rayonunda Sadıqov Elvin Ağasəlim oğluna məxsus kafe
Cəlilabad rayonunda Əliyev Zahir Miri oğluna, Babayev Rəfail Allahşükür oğluna, Qasımov Ramil Allahverdi oğluna məxsus ət satışı mağazaları
Biləsuvar rayonunda Məmmədzadə Həmid Ramizəli oğluna, Abbasov Seymur Gülhüseyn oğluna, Əzizov Zaur Rəşid oğluna məxsus ət satışı mağazaları
Samux rayonunda “Seyfi” kafe, Ocaqova Rəsmiyyə Akif qızına, Orucov Əşrəf Çapay oğluna, Hüseynov Mahir Abbasəli oğluna, Cəfərov Turqut Natiq oğluna, Xəlilova Səbinə İsrafil qızına məxsus ərzaq mağazaları
Ağstafa rayonunda Məmmədov Rövşən Vəhti oğluna məxsus kafe, “Şamlıq”, “Yaşıl məkan”, “Yaşıl göl” kafelər, Əmiraslanov Elşad Qələndər oğluna, İsgəndərov Nofəl Sahib oğluna məxsus ərzaq mağazaları, “Ailəm”, “Vüsal” marketlər
Gədəbəy rayonunda “Vüqar”, “Turşsu”, “Yaşıl” kafelər
Şəmkir rayonunda Əliyev Xəyal Camal oğluna məxsus çörək istehsalı müəssisəsi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş