AQTA əməkdaşları daha 405 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
18 İyun 2020 18:07
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182 ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Suraxanı rayonunda “Halal süfrə” restoranı, “Ballı” market
Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, “Şuşa” kafesi, “Ocaq” kafesi
Nəsimi rayonunda “Yuva” market
Yasamal rayonunda “Dondurma” market
Qaradağ rayonunda “Əli” market
Digər rayon və şəhərlər üzrə:
Abşeron rayonu Novxanı kəndində “Caspian Breeze” istirahət mərkəzi
Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər
İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası
Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus “Bığ” restoranı
Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus “Aqşin” kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, “Rahat” market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları
Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası
Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, “Dönər House” restoranı, “Dönər evi” kafesi, “Al market”, “Əminə” market, “Oba” market, “Pərvin” market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası
Şəki şəhəri Baş Göynük kəndində “Eltun” və “Xocalı” market
Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe
Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus “Cənub” market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus “Rəhimli” market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus “Nihad” market
Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları
Tovuz rayonunda “Zirvə”, “Yaşıl tala”, “Atan bulaq”, “Şəfa”, “Çatax”, “Ballı”, “Holiday” kafeləri və “Dağ” market
Beyləqan rayonunda “Sərin” restoranı və “Beyləqan” market
Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
Giriş