Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
16 Sentyabr 2026 15:36
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub.
Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Oxşar xəbərlər
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA və Fransa Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Fransa Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Heyvandarlıq üzrə Tətbiqi Tədqiqat və Texniki İnstitutunun (IDELE) nümayəndələri arasında heyvanların identifikasiyası və qeydiyyatı sahəsində təcrübə mübadiləsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) təkmilləşdirilməsi, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tədbir zamanı Fransada heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təşkili, heyvanların fərdi identifikasiyası, məlumatların elektron qaydada qeydiyyatı və idarə olunması, aidiyyəti informasiya sistemləri ilə inteqrasiya, eləcə də heyvanların hərəkətinin izlənilməsi və məlumatların uçotu üzrə tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. Görüşdə HİQS-in texniki və institusional aspektləri, informasiya texnologiyalarından səmərəli istifadə, məlumat bazalarının idarə olunmasında Fransa təcrübəsi və sistemin inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda heyvanların identifikasiyası və qeydiyyatı sahəsində Azərbaycan və Fransa arasında əməkdaşlığın, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş