AQTA əməkdaşları ilə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib
11 Avqust 2022 16:24
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Qırğızıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğızıstan Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanması, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə saziş layihəsinin hazırlanması, kənd təsərrüfatı məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Anlaşma Memorandumunun imzalanması bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və qida təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edən görüşdə Azərbaycan və Qırğızıstan respublikaları arasında qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin iki ölkənin ixrac-idxal əməliyyatlarının genişləndirilməsinə, qida və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin atırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.