AQTA əməkdaşları nar bağında fitosanitar monitorinqlər keçirib
28 Sentyabr 2021 10:13
![AQTA əməkdaşları nar bağında fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4794/16824837725486.jpg)
![AQTA əməkdaşları nar bağında fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4794/16824837725486.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Növbəti belə monitorinq Agentliyin fitosanitar müfəttişləri tərəfindən Salyan regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yerləşən nar bağında həyata keçirilib. 40 hektara yaxın əkin sahəsi olan nar bağlarında aparılan monitorinqlər zamanı aqrokimyəvi maddələrin saxlanması, daşınması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara müvafiq tövsiyələr verilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, fitosanitar mübarizə tədbirləri barədə maarifləndirici məlumatlar verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)