AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir
27 İyul 2022 09:46
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947155.jpg)
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947156.jpg)
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947157.jpg)
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947155.jpg)
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947156.jpg)
![AQTA əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize649/center/pages/4507/16824835947157.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planı çərçivəsində parklarda, yolkənarı yaşıllıqlarda, bağlarda və istixanalarda növbəti fitosanitar müşahidələr aparılıb.
Monitorinqlər zamanı karantin tətbiq edilməyən zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növlərinə və qəhvəyi mərmər taxtabiti (Holyomorpha halys) xəstəliyinin simptomlarına rast gəlinib.
Simptomlu bitki hissələrindən laborator müayinələrə cəlb edilməsi məqsədilə nümunələr götürülüb. Həmçinin parklarda, yolkənarı yaşıllıqlarda, bağlarda və istixanalarda qəhvəyi mərmər taxtabiti (Holyomorpha halys), qərb çiçək tripsi (Frankliniella occidentalis), şaftalı meyvəyeyəni (Carposina niponensi), pomidor lağımlayıcı güvəsinin (Tuta Absoluta), taxıl məhsulu saxlanılan anbarlarda isə Kapr böcəyi zərərvericisinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə pestisidlərlə işləyən zaman preparatların tətbiq reqlamentinin gözlənilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi istiqamətində tövsiyələr verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)