AQTA əməkdaşları Tvinninq layihəsi çərçivəsində keçirilən növbəti təlimdə iştirak ediblər
23 Yanvar 2023 14:17
![AQTA əməkdaşları Tvinninq layihəsi çərçivəsində keçirilən növbəti təlimdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4475/16824835758253.jpg)
![AQTA əməkdaşları Tvinninq layihəsi çərçivəsində keçirilən növbəti təlimdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4475/16824835758253.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunan növbəti təlimə qatılıblar.
Avropanın qida və yem üzrə sürətli xəbərdarlıq sistemi (RASFF) mövzusunda keçirilən təlimdə Latviya Respublikasından olan mütəxəssis tərəfindən RASFF-a giriş və sistemin praktiki tətbiqinə, eləcə də onun sektorlararası əməkdaşlıqda əhəmiyyətinə dair təqdimatlar edilib.
İnteraktiv formada təşkil olunan təlim zamanı AQTA əməkdaşlarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)