AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib
13 May 2022 10:30
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926756.jpg)
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926757.jpg)
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926758.jpg)
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926756.jpg)
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926757.jpg)
![AQTA əməkdaşları Xaçmazda fitosanitar monitorinqlər keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/4676/16824836926758.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA-nın Xaçmaz Regional bölməsinin müfəttişləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə parklarda, meyvə bağlarında, istixana təsərrüfatlarında fitosanitar müşahidələr aparıb.
Xaçmaz şəhərində yerləşən, ümumi sahəsi 5 ha Çənlibel parkının ərazisinə keçirilən monitorinq zamanı dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti qiymətləndirilib, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə edilib. Aşkar olunmuş hallarla bağlı müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərlə bağlı zəruri işlər görülüb.
Bununla yanaşı, Agentlik əməkdaşları tərəfindən Xaçmaz şəhəri Qobuqırağı kəndində yerləşən, Əliyev Şahin Pirəli oğluna məxsus pomidor istixanasında monitorinq keçirilib. Baxış zamanı istixandakı bitkilərdə pomidor lağımlayıcı güvəsinin izlərinə (“Tuta Absoluta”) rast gəlinib və zəif sirayətlənmə diaqnozu qoyulub. İstixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi ilə bağlı müvafiq məlumatlar verilib.
Daha sonra Xaçmaz rayonu Armudpadar kəndində yerləşən, Pənahov Rasim Rafiq oğluna məxsus, ümumi sahəsi 0.75 ha meyvə bağında keçirilən monitorinq zamanı fitosanitar bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə sirayətlənmə aşkar edilməyib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)