AQTA fitosanitar monitorinqləri davam etdirir
15 Oktyabr 2021 17:14
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175647.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175648.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175649.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175650.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175647.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175648.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175649.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4710/16824837175650.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Növbəti belə monitorinq Agentliyin fitosanitar müfəttişləri tərəfindən Gəncə regional bölməsinin inzibati xidməti ərazisində yaşıllıq və parkların mövcüd vəziyyətinin qiymətləndirilməsi, xəstəlik və zərərvericilərə sirayətlənmə dərəcəsi, o cumlədən iri, orta və cavan gövdəli ağac, kol və gül bitkilərinin bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla qurumuş, yarı qurumuş şəkildə aşkar edildikdə onların quruma səbəblərini müəyyən etmək və operativ tədbirlərin görülməsi məqsədilə aparılıb. Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcüd vəziyyəti yerində təhlil edilərək bitki və bitkiçilik məhsullarına zərər verən karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası (İcerya purchasi Maskell), yaponiya mumlu yalançı çanaqlı yastıcası (Ceroplastes japonicus Green), əncir mumlu yalançı çanaqlı yastıcası (Ceroplastee rusci Linnaeus), digər zərərli orqanizmlərdən çanaqlı ilbizə, qızılgül yarpaq bükəni (Archips rosana L.), ziyankar bağacıq və mənənə ilə zəif sirayətlənmə aşkar edilib. Aşkar olunmuş hallarla bağlı müvafiq tədbirlər görülüb, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb və maarifləndirici tövsiyələr verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)