AQTA gübrə idxalçıları ilə görüş keçirib
18 Oktyabr 2021 14:56
![AQTA gübrə idxalçıları ilə görüş keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/3316/16824827905657.jpg)
![AQTA gübrə idxalçıları ilə görüş keçirib](https://afsa.gov.az/resized/resize649/center/pages/3316/16824827905657.jpg)
Oktyabrın 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) gübrə məhsullarının idxalı, saxlanması və satışı qaydaları ilə bağlı gübrə idxalçıları ilə görüş keçirib.
AQTA-nın sədr müavini Rəşad Mafusovun iştirakı ilə keçirilən görüşdə ölkəmizdə bitki sağlamlığının təmin olunmasının və standartlara cavab verən yüksək keyfiyyətli məhsulların əldə edilməsinin qarşıya qoyulan əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərarından irəli gələn tələblərə uyğun olaraq, ölkədə qeydiyyatdan keçməyən, standartların və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin idxalı cəhdləri yolverilməzdir. Bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Sonda gübrə idxalçılarını maraqlandıran suallar cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)