AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
6 Mart 2021 14:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 5 mart 2021-ci il tarixində ölkə üzrə 340 ictimai iaşə obyektində 614 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 137 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elvin Elşad oğluna məxsus restoran;
- Bakı şəhəri, Xətai rayonu, Ziğ şosesi, ev.14-ün qarşısında yerləşən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus yeməkxana;
- Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Sadiq Sakit oğluna məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev.22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus kafe;
- Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ştq, G. Mehmandarov, ev.133c, m.133c ünvanında yerləşən, fiziki şəxs Quliyeva Leyla Nurəddin qızına məxsus restoran;
- Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev, ev.51a ünvanında yerləşən, fiziki şəxs Hüseyn Sadiqov İntiqam oğluna məxsus çay evi;
- Bakı şəhəri, Nəsimi rayonu, 28 May, ev.11, m.3 ünvanında yerləşən, fiziki şəxs Əhəd Allahverdiyev Nəsib oğlun məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayilov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Yusif Bəxtiyar oğluna məxsus “Korsar” restoranı;
- Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan, 3005-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Orxan Haciyev Rəfael oğluna məxsus kafe;
- Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə, ev.47c ünvanında yerləşən, fiziki şəxs Nadir Babayev Natiq oğluna məxsus “Mark” restoranı;
- Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski, ev.76 ünvanında yerləşən, fiziki şəxs Rəşad Abbasov Xanlar oğluna məxsus “Bəyaz” restoranı;
- Bakı şəhəri, Aşıq Molla Cümə küç., ev28 ünvanında yerləşən, fiziki şəxs Əsədov Elvin Elsəvər oğluna məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov, ev 53 ünvanında yerləşən, fiziki şəxs Məleykə Abbasova Ağca qızına məxsus kafe;
- Bakı şəhəri, Xətai Rayonu, Rəşid Bağırov, ev.41 ünvanında yerləşən, fiziki şəxs Əşrəf Məmmədov Həmid oğluna məxsus “Tovuz” kafesi;
- Bakı şəhəri, Xətai rayon, Dostluq küç. 21 b ünvanında yerləşən, fiziki şəxs Cavid Verdiyev Cəmiyat oğluna məxsus “Mayak” çay evi;
- Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun, ev.7 ünvanında yerləşən, hüquqi şəxs "Tarz Kafe Və Restoran" MMC-yə məxsus “Tarz Kafe və Restoran”;
- Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev.83 ünvanında yerləşən, fiziki şəxs Çoban Samed Batuhana məxsus kafe;
- Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət, ev.26/76, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Abadov Emil Mədət oğluna məxsus "Saat" pub restoranı;
- Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev.124, m.29 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Surac Elton oğluna məxsus "Bakı" kafesi;
- Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ştq, Azadliq pr. (Rəsulzadə qəs.), Z. Qəmbərov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Rauf Nağiyev Mirzəkişi oğluna məxsus kafe;
- Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Rövşən oğluna məxsus kafe;
- Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi, ev.50 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Rəşad Elman oğluna məxsus “Qədirxum” dönər evi;
- Yevlax şəhəri, Bərdə-Yevlax yolunda yerləşən, fiziki şəxs Qaraşov Vaqif Səftər oğluna məxsus kafe;
- Gəncə şəhəri, Nizami küç., ev.0, m.0 ünvanında yerləşən, fiziki şəxs Qarayev Kərim Rasim oğluna məxsus kafe;
- Gəncə şəhəri, Ş. İ. Xətai, ev.147 ünvanında yerləşən, fiziki şəxs Bağırova Pərvanə Qalib qızına məxsus kafe;
- Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Məlikağa Məmmədxan oğluna məxsus çay evi;
- Şəmkir şəhəri, Mehdi Hüseyin küçəsində yerləşən, fiziki şəxs Heydərov Nofəl Elxan oğluna məxsus kafe;
- Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Əliyev Niyaz Kərəm oğluna məxsus kafe;
- Ağsu rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Hüseynov Balahüseyn İmamqulu oğluna məxsus kafe;
- İsmayıllı rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mirzəliyev Ramin Eliağa oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş