AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
1 Aprel 2021 15:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 31 mart 2021-ci il tarixində ölkə üzrə 474 ictimai iaşə obyektində 810 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən, fiziki şəxs Məmmədov Asif Kamal oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 44 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Mirələkbər Seyidəhməd oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən, fiziki şəxs Qəhrəmanlı Orxan Azik oğluna məxsus "Laçın" kafesi;
4. Bakı şəhəri, Xətai rayonu, N. Tusi küçəsi, ev 2980 ünvanında yerləşən, fiziki şəxs Qaraşov Əfqan Böyükkişi oğluna məxsus “Şəlalə” restoranı;
5. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Gəncə prospekti, ev 2980 ünvanında yerləşən, fiziki şəxs Həsənov Nizami Həsən oğluna məxsus “Uluxanlı” kafesi;
6. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, fiziki şəxs Məmmədov Nurlan Gündüz oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında yerləşən, fiziki şəxs Əmiraslanlı İlkin Əhməd oğluna məxsus “İlmazlı” restoranı;
8. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 38Q ünvanında yerləşən, fiziki şəxs Sevindik Hüseynov Hüseyn oğluna məxsus "Alanayalı" dönər və lahmacun evi;
9. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Həsənov Fəxrəddin Qədir oğluna məxsus restoran;
10.Bakı şəhəri, Xətai rayonu, Ə. Şirvani küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Ziyad Əliyev Eldar oğluna məxsus kafe;
11. Bakı şəhəri, Xətai rayonu, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Şöhrət Babaşov Adışirin oğluna məxsus “Pakdad” kafesi;
12. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev və F. Xoyski küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Əlibalayev Şəmsi Qurban oğluna məxsus kafe;
13. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli AB yaşayış massivi, ev 6 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Nofel Əmiraslan oğluna məxsus kafe;
14. Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Beydullayev Ceyhun Çələbi oğluna məxsus kafe;
15. Bakı şəhəri, Xəzər rayonu, Mərdakan ŞTQ, ev 51a ünvanında yerləşən, fiziki şəxs Ramazanov Ramil Akif oğluna məxsus “Sunrise” restoranı;
16. Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 101 ünvanında yerləşən, fiziki şəxs Salmanova Səbinə Etibar qızına məxsus "Road cafe pub" restoranı;
17. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 145 ünvanında yerləşən, fiziki şəxs Əskərov Eldar Əfqan oğluna məxsus kafe;
18. Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən fiziki şəxs Fəracov Elvin Nizami oğluna məxsus “TT pub” kafesi;
19. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Faiq Rüstəmov küçəsi, ev 18C ünvanında yerləşən, fiziki şəxs Abdullayev Samir Oqtay oğluna məxsus “İron” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
20. Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən, fiziki şəxs Gülmalıyev Vüqar Tapdıq oğluna məxsus kafe;
21. Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən, fiziki şəxs Abasquliyev Əbülfəz Abasqulu oğluna məxsus "Körpü" kafesi;
22. Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində yerləşən, fiziki şəxs Zəkiyev Ağacəfər Miri oğluna məxsus kafe;
23. Ağsu rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Mənəfov Rabil Ağasən oğluna məxsus çayxana;
24. Gəncə şəhəri, Əliyev prospekti 87 ünvanında yerləşən, fiziki şəxs Həsənov Fuad Azər oğluna məxsus kafe;
25. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Mirzəyev Səttar Eldar oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş