AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
14 Aprel 2021 15:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 13 aprel 2021-ci il tarixində ölkə üzrə 438 ictimai iaşə obyektində 752 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, M. Fətəliyev küçəsi 72 ünvanında yerləşən, fiziki şəxs Qasımov Müslüm Həsən oğluna məxsus çayxana;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus “Smak” kafesi;
3. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində (R. Ş. Mirzəyev küçəsi ilə kəsişməsi) yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, fiziki şəxs Əyubova Aidə Ələkbər qızına məxsus “Coffe Elea” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nərimanov rayonu, S. Vurgun küçəsi, ev 138 ünvanında yerləşən, fiziki şəxs Əliyev Əlibəy Rauf oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 6a ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus “Karvansaray” restoranı;
8. Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimmov küçəsi 13a ünvanında yerləşən, fiziki şəxs Qarayev Orxan Qara oğluna məxsus “Pak dad” restoranı;
9. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 54 ünvanında yerləşən, hüquqi şəxs “East Town” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “East Town” restoranı;
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Fazil Cəlil ogluna məxsus kafe;
11. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 69-cu kilometrliyində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Çingiz oğluna məxsus kafe;
12. Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, fiziki şəxs Orucov Röyal Elman oğluna məxsus “Tadım” dönər evi;
13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Şıxməmmədova Şahnaz Bəhərçin qızına məxsus “Köz dönər” dönər evi;
14. Bakı şəhəri, Xətai rayonu, H. Salmani küçəsi 1 ünvanında yerləşən, “Samara Turizm və Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Happy Inn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
15. Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən, fiziki şəxs İsgəndərov Məzahir Məhərrəm oğluna məxsus “Ədalət” kafesi;
16. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mirzəyev Məhəmməd Məhəmməd oğluna məxsus kafe;
17. Gəncə şəhəri, H. Əliyev prospekti 112 ünvanında yerləşən, fiziki şəxs Zeynalabidinov İsgəndər Aydın oğluna məxsus “Aydın” dönər evi;
18. Lənkəran şəhəri, Digah kəndində yerləşən, fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çay evi;
19. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Qəmbərov Sultan İmamulla oğluna məxsus çay evi;
20. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəqan Fazil oğluna məxsus “Zeynəb” restoranı;
21. Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən fiziki şəxs Cəbrayıl Natiq oğluna məxsus “Muğanlı”
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş