AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
15 Aprel 2021 17:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 14 aprel 2021-ci il tarixində ölkə üzrə 462 ictimai iaşə obyektində 800 monitorinq keçirilib. Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Q massivində yerləşən, fiziki şəxs İsayev Sarxan Nəcəf oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Təbriz Mehdi oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, F. Ağayev küç., ev A, 559-cu məhəllə, m. 26 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe;
4. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, stansiya 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus "Coffe Elea" kafesi;
5. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, fiziki şəxs Niftəliyev Loğman Ağaseyid oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, N. Rəfiyev küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Hacıyev Əşrəf Gülmirzə oğluna məxsus "Cənnət" kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan 1 ünvanında yerləşən, fiziki şəxs Abbasov Çingiz Nurəddin oğluna məxsus " Bulaq" kafesi;
8. Bakı şəhəri, Nəsimi rayonu, A. Mustafayev küçəsində yerləşən, fiziki şəxs Qafarov Fərid Fərhad oğluna məxsus "50 qəpik" kafesi;
9. Bakı şəhəri, Nəsimi rayonu, Puşkin 13 ünvanında yerləşən, fiziki şəxs Solovyov Aleksey Yuryeviç oğluna məxsus "Allo Pizza" kafesi;
10. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küç., ev 40 ünvanında yerləşən, fiziki şəxs Ağayev Cahangir Bəhlul oğluna məxsus "Bizim ev" kafesi;
11. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi yaxınlığında yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus "Tblisi 333 ailəvi" restoranı;
12. Sumqayıt şəhəri, 9-cu məhəllə, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mirzəməmmədov Vüqar Sarıbala oğluna məxsus "Basdırma" dönər evi;
13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Haqverdizadə Sevinc Qüdrət qızına məxsus "Sushi Moon" kafesi;
14. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Məmişov ilham Nurəddin oğluna məxsus "Gilavar" kafesi;
15. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Qurbanov Tural Hidayət oğluna məxsus "İnci" restoranı;
16. Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində yerləşən, fiziki şəxs Şərifov İntiqam Calal oğluna məxsus kafe;
17. Şamaxı rayonu, Bakı-Qazax yolunun kənarında yerləşən, fiziki şəxs Dəmirov Azər Əmirxan oğluna məxsus “Akşin” kafesi;
18. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Quliyev Natiq Seyidqulu oğluna məxsus kafe;
19. Göygöl rayonu, Balçılı kəndində yerləşən, fiziki şəxs Sayadov Maarif Nəbi oğluna məxsus kafe;
20. Qazax rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əfəndiyev Osman Əmirxan oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş