AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
2 May 2021 18:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 01 may 2021-ci il tarixində ölkə üzrə 419 ictimai iaşə obyektində 722 monitorinq keçirilib. Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi 77 ünvanında yerləşən, fiziki şəxs Səfərli Vüsal Vüqar oğluna məxsus “Küncüt” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov küçəsi 19 ünvanında yerləşən, fiziki şəxs Rüstəmli Əliağa Ehtibar oğluna məxsus restoran;
3. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 9 ünvanında yerləşən, fiziki şəxs Taner Bala məxsus “Qonaq Baku” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Böyük qala küçəsi, ev 55 ünvanında yerləşən, fiziki şəxs Muradəliyev Nəcəf Çingiz oğluna məxsus “Qaynana” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Ədalət Firuz oğluna məxsus kafe;
6. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 66 ünvanında yerləşən, fiziki şəxs Səmədov Səbuhi Səbri oğluna məxsus kafe;
7. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus kafe;
8. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 2944 ünvanında yerləşən, fiziki şəxs Adıgözəlov Amid Xudakərim oğluna məxsus dönər evi;
9. Bakı şəhəri, Binəqədi rayonu, Nərimanov küçəsi, ev 15C ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rüfət Müşfiq oğluna məxsus kafe;
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Nizami küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Mehman Rahib oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 172C ünvanında yerləşən, fiziki şəxs Fətullayev Şamo Mübariz oğluna məxsus restoran;
12. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 184 ünvanında yerləşən, fiziki şəxs Eyvazov Natiq Quşad oğluna məxsus restoran;
13. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 42b ünvanında yerləşən, fiziki şəxs Quliyev Orxan Hüseyn oğluna məxsus kafe;
14. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küçəsi, ev 21 ünvanında yerləşən, fiziki şəxs Fayzov İldar Rüstəmoviçə məxsus kafe;
15. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Hüseyn Cəlil oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nəsimi rayonu, Qarayev küçəsi 74 ünvanında yerləşən, fiziki şəxs Səmədli Rauf Ərustun oğluna məxsus “Vip pub” kafesi;
17. Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən, fiziki şəxs Ağasıyev Tural Əbil oğluna məxsus kafe;
18. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mamedov Tural Məmməd oğluna məxsus “Sema” kafesi;
19. Gəncə şəhəri, Totanlı küçəsi, ev 36 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlyas Şahin oğluna məxsus restoran;
20 Şəmkir rayonu, Sərxan kəndində yerləşən, fiziki şəxs Abbasov Rövşən Muxtar oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş