AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
31 Avqust 2021 15:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Tağıyev küç., ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Mustafazadə Eşqin Hafiz oğluna məxsus “Yoshı Sushı” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, İ. Cümşüdov küç., 6 mkr, ev 3248 ünvanında yerləşən, fiziki şəxs Kərimli Kənan Əzim oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, hüquqi şəxs "Resant Group" MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Groupone" MMC-yə məxsus “Paul” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus “Fryday” kafesi;
6. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr. 2529 ünvanında yerləşən, fiziki şəxs Salahov Aqşin Ağamirzə oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.