AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
15 Sentyabr 2021 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 14-də ölkə üzrə 410 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Abbasov Çingiz Nürəddin oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki şəxs Əgmidov Azad Hacızadə oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sahiba” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Cəmənzəminli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Vüqar İlyas oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Əşrəfov Qardaşxan Hümbət oğluna məxsus “Murad” kafesi;
6. Bakı şəhəri, Xətai rayonu, R. M. Hadi küç., ev 23 ünvanında yerləşən, hüquqi şəxs "Sema-Zen" MMC-yə məxsus restoran;
7. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi 42A ünvanında yerləşən, hüquqi şəxs "Levantine Group" MMC-yə məxsus “Levantine” kafesi;
8. Bakı şəhəri, Səbail rayonu, N. Rəfibəyli küçəsi 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” MMC-yə məxsus kafe;
9. Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Abbaslı Şamxal Ramiz oğluna məxsus şirniyyat sexi;
10. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küç., 3165-ci məhəllədə yerləşən, fiziki şəxs Çinarə Tuncer Cəfər qızına məxsus dönər evi;
11. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., ev 192m ünvanında yerləşən, fiziki şəxs Abdullayev Nazim Hüseynəli oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 may – Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dünya ictimaiyyətinin diqqəti bir daha bitkilərin qorunmasının strateji əhəmiyyətinə yönəlir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu əlamətdar gün bitki sağlamlığının ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi və davamlı iqtisadi inkişaf üçün mühüm rolunu ön plana çıxarmaq məqsədi daşıyır.
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş