AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
17 Sentyabr 2021 12:27
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 16-da ölkə üzrə 378 ictimai iaşə obyektində 643 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədəliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Arif Əli oğluna məxsus kafe;
2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus yeməkxana;
3. Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., ev 56D, məh. 3004 ünvanında yerləşən, fiziki şəxs Əzizova Nuranə Sabir qızına məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, X. Natəvan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus “Bulaq” restoranı;
5. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs “GAIA” MMC-yə məxsus restoran;
6. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19, m. 5A ünvanında yerləşən, fiziki şəxs Yusibova Marina Ziyatdinovnaya məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küç., ev 138 ünvanında yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran;
8. Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Elçin Sabir oğluna məxsus “Kəndimiz” kafesi;
9. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 42d ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Xəyal Məqatil oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 27 ünvanında yerləşən, fiziki şəxs Kantayeva Pirdas İbrahim qızına məxsus kafe;
11. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Famil Mirzə oğluna məxsus “Yeni Dad” kafesi;
12. Bərdə rayonu, “Təzə Bazar” ərazisində yerləşən, fiziki şəxs Mehdiyev Babək Şakir oğluna məxsus kafe;
13. Bərdə rayonu, Güloğlular kəndində yerləşən, fiziki şəxs Əliyev Mübariz Osman oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Taxıl sahələrində fitosanitar monitorinqlər aparılıb
Taxıl bitkilərinin mövcud fitosanitar vəziyyətinin qiymətləndirilməsi, zərərli orqanizmlərin erkən mərhələdə müəyyən edilməsi və yayılma risklərinin təhlili məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının taxıl sahələrində monitorinqlər aparılıb. Monitorinqlər Milli Monitorinq Planına uyğun olaraq həyata keçirilib və bu il ilk dəfə olaraq taxıl sahələri də plana daxil edilib. Monitorinqlər zamanı sahələrdə bitkilərin inkişaf fazasına uyğun olaraq müşahidələr aparılıb. Xəstəlik və zərərverici əlamətləri müşahidə olunan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bəzi sahələrdə mövsümə uyğun xəstəliklər müşahidə olunsa da, karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınmayıb. Həmçinin əkin sahələrində tətbiq edilən aqrotexniki tədbirlərin effektivliyi qiymətləndirilib. Təsərrüfat subyektləri ilə aparılan müzakirələr zamanı düzgün becərmə texnologiyaları, növbəli əkin sisteminin tətbiqi və inteqrir mübarizə üsullarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Əkin sahələrində fitosanitar vəziyyətin stabilliyinin təmin edilməsi məqsədilə monitorinqlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.
Qəhvəyi mərmər bağacığına qarşı vaxtında mübarizə aparılmalıdır
Qəhvəyi mərmər bağacığı ciddi təhlükə yaradan zərərvericilərdən biridir. 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığın azalmasına səbəb olur. Ölçüsü 12–17 mm olan bu həşərat qəhvəyi rəngli, ləkəli və armudvari bədən quruluşuna malikdir. 35–100 km məsafəni uça bilməsi onun sürətlə yayılmasına şərait yaradır. Yaz və yay aylarında əkin sahələrində mütəmadi müşahidə aparmaq vacibdir. Xüsusilə yarpaqların alt hissəsi, tumurcuqlar və meyvə saplaqları nəzərdən keçirilməlidir. Zərərverici aşkar edildikdə sahələrdə və təsərrüfat tikililərində feromon tələlərin quraşdırılması effektiv üsullardan biridir. Yaşayış yerlərində isə mebel arxaları, divar boşluqları və digər gizli sahələr yoxlanmalıdır. Bağacıq aşkar edilərsə, süpürgə və ya tozsoran vasitəsilə toplanaraq məhv edilməsi tövsiyə olunur. Kimyəvi mübarizə tədbirləri isə yalnız mütəxəssis tövsiyəsi ilə və axşam saatlarında aparılmalıdır. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz: - 1003 - Çağrı Mərkəzi - (+994) 99 708 85 88 (qərb rayonları üzrə) - (+994) 99 308 85 88 (şimal-qərb rayonları üzrə) - Aqrar Xidmətlər Agentliyi: 088-588
Gübrə və pestisidlərin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında şəffaflığın və effektiv nəzarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, idxal olunan xammal yalnız istehsal edilən məhsulun tərkibinə uyğun şəkildə istifadə edilməli, hər bir məhsul üzrə tərkib isə açıq və dəqiq formada təqdim olunmalıdır. Bununla yanaşı, xammalın ölkəyə daxil olmasından son məhsulun əldə edilməsinədək bütün istehsal mərhələlərinin izlənilə bilən və müvafiq qaydada sənədləşdirilməsi vacibdir. Sahibkarlara bir daha xatırladılıb ki, ölkəyə idxal edilən bu növ xammalın ayrıca satışına yol verilmir və bu qaydanın pozulması ciddi hüquqi məsuliyyət yaradır. Eyni zamanda qeyd olunub ki, aqrokimyəvi maddələrin və pestisidlərin istehsalında istifadə olunan xammalın idxalı zamanı prosedurların sadələşdirilməsi, operativliyin artırılması və sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş