AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
22 İyul 2020 15:10
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
21 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 51 ictimai iaşə obyekti, 177 ərzaq satışı mağazası olmaqla ümumilikdə 228 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Ağbaba”, “A and V”, “Əkbər”, “Pak-46”, “Xəyal” marketlər, Vəliyev Sadiq Seyfəddin oğluna, Mustafayeva Səlimə Hacızadə qızına, Abdullayev Abdulla İmran oğluna, Mirzəyev Mirzə Zülfüqar oğluna, Əliyev Rizvan İbadulla oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Xırdalan şəhərində “Bizim” market, Məmmədov Pərviz Xalib oğluna məxsus ət satışı mağazası
Sumqayıt şəhərində “Gündüz”, “Hacıbala”, “Odlar Yurdu” marketlər
Xaçmaz rayonunda Kərimov Eyvaz Kərəm oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Ağayev Nemət Sadıq oğluna məxsus ət satışı mağazaları (hər üç müəssisənin fəaliyyəti məhdudlaşdırılıb)
Quba rayonunda Qəribov Coşqun Valeh oğluna məxsus ərzaq mağazası
Qusar rayonunda Rzayev Nofəl Heydər oğluna, Beybutov Elik Radik oğluna (fəaliyyəti məhdudlaşdırılıb), Heydərov Kamran Elxan oğluna, Əhmədov Yaşar Tofiq oğluna məxsus kafelər
Hacıqabul rayonunda Əkbərov Teymur Əkbər oğluna məxsus kafe
Şirvan şəhərində Musayev Məhəmməd Fərhad oğluna məxsus kafe
Saatlı rayonunda Pənahov Babək Novruzəli oğluna məxsus kafe, Hüseynov Nizami Habil oğluna və Rüstəmov Ruslan Güləhməd oğluna məxsus ərzaq mağazaları
Sabirabad rayonunda Həsənov Fariz Əbülfəz oğluna, Mirzəyeva Səadət Məmmədxan qızına məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda “Lüks”, “Cülyan”, “Final” marketlər, Fərzəliyev Ramiz Rüstəm oğluna məxsus ərzaq mağazası, “Dostluq” kafesi, “Kupuç” restoranı, Allahverdiyev Xaliq Vəliç oğluna, Hüseynov Ələkbər Abdullah oğluna, Hümbətov Cavid Şərafət oğluna, Comərdov Həbib Mənsur oğluna məxsus ət satışı mağazaları
Tərtər rayonunda Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar, Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna, Ramazanov Əsgər Rafiq oğluna məxsus ərzaq mağazaları
Lənkəran şəhərində Cavadov Elvin Tarix oğluna məxsus “Qala” dönərxana
Biləsuvar rayonunda Muradov Mətləb Yusub oğluna, Rzayev Ziya Abbas oğluna, Həsənov Elman Etimad oğluna və Məmmədzadə Anar Qürbət oğluna məxsus ət satışı mağazaları
Balakən rayonunda Qasımov Vüqar Müslüm oğluna məxsus kafe
Oğuz rayonunda Nəbiyev Səxavət Knyaz oğluna, Babayev Samir Oktay oğluna məxsus kafelər
Zaqatala rayonunda Həsənov Əli Qüdrət oğluna, Şamxalova Məhəbbət Şuan oğluna məxsus kafelər
Qəbələ rayonunda “Tural” və “Dondurma” marketlər
Daşkəsən rayonunda “Narzan” yeməkxanası, Məmmədov Daşqın Natiq oğluna məxsus yeməkxana, Məmmədov Alik Hüseyn oğluna məxsus kafe, “Xoşbulaq” restoranı, Abdullayev Bəhman Rəfi oğluna, Abdullayev Mehman Rəfi oğluna, Hüseynov İlkin Fazil oğluna məxsus ərzaq mağazaları
Qazax rayonunda Əliyev Ramin Valeh oğluna məxsus ət satışı mağazası
Tovuz rayonunda Qasımov Qabil Şamil oğluna, Quliyev Vüqar Tərlan oğluna, Cəfərzadə Zülfüqar Xanlar oğluna məxsus ət satışı mağazaları
Şəmkir rayonunda “Yaşıl məkan”, “Şamlıq” kafeləri, “Çinar”, “Ballı” marketləri, Sadıqov Vüsal Tacir oğluna məxsus ət satışı mağazası
Zərdab rayonunda Mikayılov Tofiq İsrail oğluna, Məmmədov Vüqar Surxay oğluna, Qasımov Natiq Maşallah oğluna, İsayev Məhəmməd Allahverən oğluna və
Əliyev Mehman Vaqif oğluna məxsus ət satışı mağazaları
Ucar rayonunda “Bizim”, “Ruzi”, “Eltun” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.