AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
24 İyul 2020 16:05
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 23 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 50 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 229 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Endi”, “Anar”, “Seyid”, “Davud”, “Delfin” marketlər, Musayev İlham Qəzənfər oğluna, Abbasova İlhamə Cavanşir qızına, Nəsirov Vidadi Fəsi oğluna, Əhmədov İlqar Qiyas oğluna, Həsənov Eldar Abbas oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda “Sədəf”, “Tatlı” və “Mircəlal” marketlər
Qusar rayonunda Döyüşov Mirzə Bulyamin oğluna, Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına, Əliyev Ruslan Balabəy oğluna, Şıxmətova Ofelya Mövluddin qızına və Verdixanov Mübariz Eygün oğluna məxsus kafelər
Ağsu rayonunda Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası
Göyçay rayonunda Vəliyev Əkrəm Sabir oğluna, Nəbiyev Kənan Allahverən oğluna, Yaqubov Şahin Ənvər oğluna, Həmidov Qurban Elsevər oğluna, Mikayılov Mikayıl Elçin oğluna məxsus ərzaq mağazaları, Abdulrahmanov Famil Vaqif oğluna, Kərimov Qalib Saab oğluna məxsus yeməkxanalar
İsmayıllı rayonunda “İvanovka”, “Sərin” kafelər, Ələsgərov Pirmət Əfsər oğluna məxsus ərzaq mağazası, “İvanovka” market
Kürdəmir rayonunda “Qızılgül”, “Elmar”, “Hikmət”, “Şah” kafelər, “Bakı” restoranı, “Fikrət” və “Samir” marketlər
Salyan rayonunda “Hacıoğlu katering” MMC-yə məxsus restoran, Məmmədov Samir Balakişi oğluna məxsus ərzaq mağazası
Mingəçevir şəhərində “Bəhmənli”, “Sok”, “Fərid”, “Qafqaz” marketlər, Əliyev Elşan Şirin oğluna, Mustafayev Rəşad Vaqif oğluna, Əliyeva Vəfa Cəlal qızına məxsus ərzaq mağazaları, Həsənov Telman Hüseyn oğluna məxsus şərab evi
Qəbələ rayonunda “Sahib” market
Zaqatala rayonunda Qurbanov Alim Elmin oğluna məxsus ət satışı mağazası, Murtuyev Sabir Qurban oğluna məxsus kafe
Oğuz rayonunda Abbasov Fariz Abdulhəmid oğluna məxsus ərzaq mağazası
Yardımlı rayonunda Quluzadə Məftun Qulu oğluna və Babayev Adil Əlövsət oğluna məxsus kafelər
Lənkəran şəhərində Bəşirov Ruslan Baba oğluna, Ağayev Ədalət Rəsul oğluna məxsus kafelər
Cəlilabad rayonunda Əmirov Xalid Saroğlan oğluna məxsus kafe
Gəncə şəhərində “Seymur”, “Cavid”, “Röya”, “Gəncəm”, “Promat” MMC-yə məxsus marketlər, Qurbanov Sərxan Elvin oğluna məxsus ərzaq mağazası
Qazax rayonunda “Damcılı”, “Günəş”, “İstanbul” kafelər, “Sərfəli”, “Əsədoğlu”, “Göyçə”, “Samur” ərzaq mağazaları
Ağstafa rayonunda “Sərinlik” kafe
Şəmkir rayonunda Namazov Malik Nəbi oğluna və Məmmədov Eldəniz Müsəllim oğluna məxsus ət satışı mağazaları
Ucar rayonunda Əhmədov Adil Abı oğluna və Həmidov Məhəmmədli Həsən oğluna məxsus ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş