AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
13 Avqust 2020 18:35
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 12 avqust 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 117 ictimai iaşə obyekti, 49 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Uğur”, “Məkan”, “Kəpəz”, “Orxan”, “Cənub” marketlər, Quliyevə İradə Kamal qızına, Nəbiyev Əlihüseyn Əlibaba oğluna, Abbasov Elvin Murad oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Kürdəmir rayonunda İsgəndərov Habil Arif oğluna, Qubatov Habil Sirac oğluna, Şirinov Maarif Vaqif oğluna, Manafov Əhəd Fərhad oğluna, Qədirov Habil Əhəd oğluna, Zamanov Fuad Fərhad oğluna, Yahyayev Səməd Babasəmid oğluna, İbrahimov İlqar Faiq oğluna, Mahmudov Zahir Əkbər oğluna, Məmmədov İlqar Yaqub oğluna, Novruzov Taleh Tacəddin oğluna, Mehdiyev Laçın Qüdrət oğluna, Hüseynov Rasim Tahir oğluna, İslamov Həsən Rizvan oğluna məxsus kafelər, Əzizov Elsevər Millət oğluna məxsus yeməkxana
Ağsu rayonunda Babayev Ruslan Təşkilat oğluna, Həmidov Vüqar Ağahəmid oğluna, Əsədov Qadir Əsəd oğluna, Vahidov Elşad Məhəmməd oğluna, Məmmədov Habil Allahverdi oğluna məxsus kafelər
Şamaxı rayonunda Rəcəbov Sahib Vahid oğluna, Cabbarlı Vidadi Mayor oğluna, Rəcəbov Namiq Şərif oğluna, Canatov Elməddin Səbri oğluna, Ağayev Ramin Ağaxan oğluna məxsus kafelər
Göyçay rayonunda İsmayılov İsmayıl Sahib oğluna, Abdullayev Elnur Faiq oğluna, Abdullayev Qədir İlham oğluna və Kərimli Simran Asif oğluna məxsus kafelər, Məcidov Bayram Elşad oğluna məxsus restoran
Ağdam rayonunda Quliyev Rəmzi Xəlil oğluna, Rəhimov Xaliq Səfqulu oğluna, İsmayılov Vəzirxan Əkbər oğluna, Bəxşəliyev Zabir Cavanşir oğluna, İsayev Bayram Gülşad oğluna, Mustafayev Şakir Famil oğluna məxsus ərzaq mağazaları
Tərtər rayonunda Zeynalov Hüseyn Pərviz oğluna, Məmmədov Asəf İlyas oğluna, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Quliyeva Pərvanə Bakir qızına məxsus ərzaq mağazaları
Quba rayonunda “Şişa Garden”, “Quba” restoranları, Əlimuradov İntiqam Qənbər oğluna məxsus restoran (3 müəssisənində fəaliyyəti məhdudlaşdırılmışdır)
Xaçmaz rayonunda Hüseynov Süleyman Sahib oğluna, Meyludov Nizaməddin Kərimbala oğluna məxsus restoranlar, Həsənov Saleh Səlim oğluna və Məmmədov Məmmədtağı Arif oğluna məxsus kafelər
Gəncə şəhərində "Elcan", "Rza", "Nəzrin", "Bizim", "Firuzə", "Ümüd" marketlər
Tovuz rayonunda “Hacı bulağı”, “Anar”, “Şır-şır”, “Nicat” kafeləri, “Nihad” və “Xırdalan” marketləri
Şəmkir rayonunda “Görüş”, “Şamlıq”, “Vedili” kafeləri, “Uğur” və “ Xıdır” marketləri
Ağstafa rayonunda Yolçuyev Mübariz Bayram oğluna məxsus “Vurğun” kafesi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş