AQTA tərəfindən koronavirusun profilaktikası çərçivəsində ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər davam etdirilir
28 İyun 2020 16:10
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 27 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 72 ictimai iaşə obyekti, 164 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Rahat” market, Əliyev İlkin İrzalı oğluna, İbrahimov İsmayıl Adil oğluna, Məmmədov Elvin Cəbrayıl oğluna, Əsgərov Əsgər Bahadır oğluna, İlyasov Anar Mahmud oğluna, Məcidov Yusif Namiq oğluna, Bağışov Salaməddin İmanəli oğluna, Əhmədov Məmməd Cəlal oğluna, İsmayılova Nailə Məhəmməd qızına, Məmmədova Gülnarə Həbib qızına, Cəfərov Təbriz Yaqub oğluna, Əhmədova Səyyarə Əli qızına, Quliyev Ağaəmi Xosrov oğluna, Muradov Anar Vəli oğluna, Rüstəmova Asiya Əli qızına, Səfərov Əbülfəz Müseyib oğluna, Hüseynli Mürəyyib Mirhüseyn oğluna, Mikayılov Rövşən Əkbər oğluna, Əhmədov Rəşad Musa oğluna, Hüseynov Ceyhun Hidayət oğluna, Davudzadə Günay Elşən qızına, Ağayeva Zöhrə Bəşir qızına, Zeynalov Ruslan Şamil oğluna məxsus ərzaq mağazaları, “Namiq”, “Tovuz”, “Yolüstü”, “Sirab”, “Nihad”, “Leyla”, “Çinar”, “Babaş” marketlər
Digər şəhər və rayonlar üzrə:
Gəncə şəhərində “Al market”, “Kamal” market, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazası
Xaçmaz rayonunda Paşayev Yaşar Heybətulla oğluna, Cəlilov Elnur Alim oğluna, Ağayev Müzəffər Qəzənfər oğluna məxsus kafelər, Ağalarov Niyazi Qəzənfər oğluna məxsus ərzaq mağazası
Şabran rayonunda Ağarzayev Zahid Şahbala oğluna, Əsədov Arif Ağalar oğluna, Qədirov Mirəsədulla Mirfəttah oğluna, Cəfərov Mehrac Zal oğluna məxsus ət satışı mağazaları
Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası
Sabirabad rayonunda Nuriyev Vüqar Ağahəsən oğluna və Şirəliyev Miralı Elçin oğluna məxsus ərzaq mağazaları
İsmayıllı rayonunda Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxana, Rəhimov Çingiz Rəhim oğluna məxsus “Həyat” market
Göyçay rayonunda Nəzərəlizadə Vüqar İsmayıl oğluna məxsus “Ümid” market, Qasımov Rəşad Çingiz oğluna məxsus ərzaq mağazası
Ağstafa rayonunda “Poylu”, “Kənd uşaqları”, Limon”, “Poylu suyu”, “Balıq evi 1”, “Balıq evi 2” kafeləri, “Poylu” və “Tataroğlu” ərzaq mağazaları
Qəbələ rayonunda Fərzəliyev Şaiq Mirsəməd oğluna məxsus restoran, “Al market”, “Ömər” market, Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” kafe
Qax rayonunda Berikaşvili İveri Dimitriyeviç oğluna, Əhmədova Pərvanə Adıgözəl qızına məxsus ərzaq mağazaları
Oğuz rayonunda Abdurrahmanova İlhamə Dəmir qızına məxsus ərzaq mağazası
Balakən rayonunda Muqumayev Sulxay Şeyixəli oğluna məxsus kafe, Davudov Müslim Murtuzəli oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda Məmmədova Gülüzar Məmmədəmin qızına, Əhmədov Rəhim Əziz oğluna, Davudov Şamil Məmmədseyid oğluna məxsus ərzaq mağazaları
Bərdə rayonunda Əkbərli Kənan Azər oğluna, Həsənov Vüsal Sərdar oğluna və Mikov Bəhlul Vəli oğluna məxsus ərzaq mağazaları
İmişli rayonunda “Dostlar”, “Halal”, “400 market”, “Ailəvi”, “Elçin” ərzaq mağazaları
Zərdab rayonunda “SannyMart”, “Üfüq”, “Bizim”, “4 yol”, “Dayanacaq” ərzaq mağazaları, “Zərdab” kafesi
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş