AQTA və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlığa başlayır
15 Sentyabr 2021 16:36
![AQTA və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlığa başlayır](https://afsa.gov.az/resized/resize649/center/pages/4845/16824838025384.jpg)
![AQTA və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlığa başlayır](https://afsa.gov.az/resized/resize649/center/pages/4845/16824838025384.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva bitki sağlamlığı sahəsində birgə elmi araşdırmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu sahədə təcrübə mübadiləsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini, elmi-nəzəri tədqiqatlarda və agentliyin laboratoriyaları üçün kadr hazırlığında Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bitki xəstəlikləri üzrə aparılan elmi-tədqiqat işləri, müvafiq laboratoriyalarda yaradılmış şərait və müasir tələblərə cavab verən maddi-texniki baza, eləcə də beynəlxalq mərkəzlərlə əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib.
Sonda bitki karantin xəstəliklərinin effektiv identifikasiyası, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlər, mütəxəssislər arasında daimi dialoqun təmin olunması və ortaq maraq doğuran digər məsələlər də müzakirə edilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)