AQTA və İran İslam Respublikasının müvafiq qurumu arasında görüş keçirilib
6 May 2021 16:27
![AQTA və İran İslam Respublikasının müvafiq qurumu arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3520/16824828714593.jpg)
![AQTA və İran İslam Respublikasının müvafiq qurumu arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3520/16824828714593.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İran İslam Respublikasının Bitkilərin Mühafizəsi Təşkilatının nümayəndə heyətləri arasında görüş keçirilib.
Videokonfrans formatında keçirilən görüşdə sərhəd bölgələrinə səhra çəyirtkələrinin hücum ehtimalı olduqda qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Bundan əlavə, ölkəmiz vasitəsilə İrana daxil olan Rusiya taxta məmulatlarının dezinfeksiyası, habelə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalçıları barədə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə hazırlanacaq illik fəaliyyət planında qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində informasiya mübadiləsinin həyata keçirilməsinin də nəzərə alınması təklifi ətrafında məsləhətləşmələr aparılıb. Görüşdə həmçinin fitosanitar sertifikatların elektron qaydada verilməsi və bu sahədə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə gələcəkdə əməkdaşlıq etmək niyyəti ifadə olunub.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)