AQTA və "Rosselxoznadzor"un nümayəndələri bitkiçilik məhsullarının idxalı və ixracı ilə bağlı məsələləri müzakirə edib
18 Oktyabr 2023 16:45
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş olub.
Görüş zamanı Azərbaycanda bitkiçilik sahəsində fəaliyyət göstərən sağlam təsərrüfatlardan Rusiyaya ixrac ediləcək məhsullara bu ölkədə tətbiq olunacaq sadələşdirilmiş idxal proseduru və tez xarab olan bitkiçilik məhsullarının siyahısı ilə onların sadələşdirilmiş ixrac-idxal məsələləri müzakirə edilib. Həmçinin respublikamızdan Rusiyaya ixrac olunan bitkiçilik məhsullarında aşkarlanmış uyğunsuzluqlara görə notifikasiyaların təqdim edilməsi prosedurunun təkmilləşdirilməsi, eləcə də Rusiyadan ölkəmizə gətirilən toxumluq kartofla taxta materiallarının fitosanitar vəziyyəti və nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər
Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və əhalinin zərərverici ilə mübarizə üsulları barədə maarifləndirilməsi məqsədilə fitosanitar monitorinq və maarifləndirmə işi aparılıb. Tədbirlər rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, eləcə də yolkənarı ərazilərdə aparılıb. Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş