AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
15 Oktyabr 2021 15:16
![AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4713/16824837205641.jpg)
![AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/4713/16824837205641.jpg)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə 14 oktyabr 2021-ci il tarixində AQTİ ilə “Ferrero” şirkətinin Keyfiyyətə nəzarət departamentinin nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində tərəflər analiz nümunələrinin qəbulu, idarə edilməsi üzrə əməkdaşlıq əlaqələrinin qurulması və Türkiyə təcrübəsinin öyrənilməsi, o cümlədən gələcəkdə qarşı tərəfin nümayəndələrinin AQTİ laboratoriyalarına səfərlərinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)