AQTİ ilə Litvanın müvafiq qurumu arasında əməkdaşlığa dair sənəd imzalanıb
14 Sentyabr 2021 15:15
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirmə İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, AQTİ ilə Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirmə İnstitutu arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu Memorandumun əhatə dairəsi quruda və suda yaşayan heyvanların sağlamlığının, rifahının təmin olunması, eləcə də insan və heyvan sağlamlığına təhlükə yaradan zoonoz xəstəliklərin yayılmasının qarşısının alınması və aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlıqdan ibarətdir. Həmçinin yararlı və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalına nail olmaq üçün zoonoz xəstəliklərin törədicilərinin aşkarlanmasında beynəlxalq tələblərə uyğun laborator müayinələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın daha genişləndirilməsi hədəflənib.
Memoranduma əsasən, heyvan xəstəliklərinin profilaktikası, müalicəsi və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı preparat və maddələrin, o cümlədən yem və yem əlavələrinin elmi-risk qiymətləndirilməsi istiqamətində də təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş