AQTİ ilə Ümumrusiya Bitki Karantini Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
23 Sentyabr 2021 16:39
![AQTİ ilə Ümumrusiya Bitki Karantini Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4807/16824837785469.jpg)
![AQTİ ilə Ümumrusiya Bitki Karantini Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/4807/16824837785469.jpg)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Federal Dövlət Büdcə Təşkilatı "Ümumrusiya Bitki Karantini Mərkəzi" (ФГБУ “ВНИИКР”) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda təbii və kənd təsərrüfatı biosenozlarındakı zərərli orqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin aşkarlanması və müəyyənləşdirilməsi metodlarının işlənib hazırlanması, təkmilləşdirilməsi üçün birgə elmi-tədqiqat işlərinin aparılması əks olunub. Həmçinin orqanik məhsulların istehsalında karantin zərərli orqanizmlərə nəzarət meyarlarının və metodlarının hazırlanması və digər sahələrdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
AQTİ və "Ümumrusiya Bitki Karantini Mərkəzi" elmi-tədqiqat məlumatlarının, tədqiqat təcrübəsinin ikitərəfli mübadilə edilməsi, birgə seminar, təlim, təcrübə, konfransların təşkil olunması, eyni zamanda tədqiqat nəticələrinin birgə dərc olunması ilə bağlı razılığa gəlib.
Anlaşma Memorandumu çərçivəsində tərəflər qida təhlükəsizliyi və bitki mühafizəsi sahəsində qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edəcək.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)