Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib
12 May 2022 14:54
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946749.jpg)
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946750.jpg)
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946751.jpg)
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946752.jpg)
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946753.jpg)
![Bakı, Sumqayıt, Gəncə, Xaçmazda fitosanitar monitorinqlər keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4678/16824836946754.jpg)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər keçirir.
Bu istiqamətdə AQTA əməkdaşları müvafiq qurumların mütəxəssisləri ilə birlikdə Bakı, Sumqayıt, Gəncə, Xaçmazda yerləşən kənd təsərrüfatı sahələri, o cümlədən parklar, bağlar və yaşıllıqlarda baxış keçiriblər. Fitosanitar monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilib, bitki və bitkiçilik məhsullarına ziyan verən zərərli orqanizmlərlə zəif sirayətlənmə müşahidə olunub. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müvafiq aqrokimyəvi və aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün sahə aqronomuna, həmçinin müvafiq qurumlara məlumat verilib.
Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən pomidor istixanalarında da monitorinqlər keçirilib. İstixanadakı mövcud bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Həmçinin istixana rəhbərliyinə mütəmadi olaraq aqrokimyəvi və aqrotexniki tədbirlərin keçirilməsi, zərərverici ilə sirayətlənmə hallarının minimuma endirilməsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik bitki sağlamlığının qorunması, eyni zamanda xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq, onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə son illər bir sıra ciddi işlər görülüb. Nəzarət tədbirləri çərçivəsində ölkəmizə başqa ölkələrdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, eləcə də respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün mütəmadi fitosanitar monitorinqlərin aparılması və laborator müayinələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)