Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb
21 Dekabr 2022 09:49
![Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2610/16824824618001.jpg)
![Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2610/16824824618002.jpg)
![Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2610/16824824618003.jpg)
![Bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında nöqsanlar aşkarlanıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2610/16824824618004.jpg)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhərində aparılmış plandankənar yoxlamalar zamanı Xəzər rayonu, Binə qəsəbəsində Məmmədov Fariz İlyas oğluna, Zirə qəsəbəsində Mirzəyev Sürəddin Əbdüləli oğluna, Suraxanı rayonu, Hövsan qəsəbəsində Abbasov Sahib Baba oğluna, Sabunçu rayonu, Maştağa qəsəbəsində Quliyev Əbülfəz Baba oğluna məxsus bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında bir sıra nöqsanlar aşkar edilib. Belə ki, mağazalarda istifadə müddəti bitmiş pestisid və aqrokimyəvi maddələr, eyni zamanda dövlət sınağından keçməmiş və dövlət qeydiyyatına alınmamış aqrokimyəvi maddələr aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)