Bitkiçilik təsərrüfatında monitorinq keçirilib
6 Yanvar 2023 15:50
![Bitkiçilik təsərrüfatında monitorinq keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2550/16824824328143.jpg)
![Bitkiçilik təsərrüfatında monitorinq keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2550/16824824328144.jpg)
![Bitkiçilik təsərrüfatında monitorinq keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2550/16824824328143.jpg)
![Bitkiçilik təsərrüfatında monitorinq keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/2550/16824824328144.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən payızgülü və qərənfil istehsalı təsərrüfatında monitorinq aparılıb, nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində zərərli orqanizm müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfatda çalışan əməkdaşlara qərənfil və payızgülünün əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, pestisidlərlə işləyən zaman tətbiq reqlamentinə, habelə təhlükəsizlik qaydalarına əməl olunması barədə təlimatlar təqdim olunub.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)